az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATON 400" Qısa müddətdə bərkiyən yüksək müqavimətli təmir qarışığı

"MATON 400" Qısa müddətdə bərkiyən yüksək müqavimətli təmir qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

MATON 400 sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, hidrolizə uğramayan, axıcı, qısa müddət ərzində bərkimə xüsusiyyətlərinə malik təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • kanalizasiya qurğularının karkasının quraşdırılmasında;
  • kanalizasiya və nəzarət keçidlərinin divarlarının təmirində;
  • yol və perron betonlarının təmirində;
  • nəqliyyat və piyadalar üçün nəzərdə tutulmuş beton səthlərin təmirində;
  • səki daşlarının quraşdırılmasında istifadə olunur.

Üstünlükləri

  • qısa müddət ərzində yüksək müqavimətə malik olduğu üçün üzərində nəqliyyat vasitələri bir saatdan sonra hərəkət edə bilir;
  • yüksək sürətli bərkimə nəticəsində çatların baş vermə ehtimalı minumuma enir;
  • təkcə su ilə qarışdırılır və qəlib içərisinə tökülərkən asanlıqla qəlibin formasını alır;
  • yüksək təzyiqə dözümlüdür;
  • hidrolizə olunmur, yüksək axıcılıq xüsusiyyətinə malikdir;
  • su buraxmır;
  • şaxtaya və istiliyə qarşı davamlıdir.

İstifadə qaydaları

Səthin hazırlanması. MATON 400 materialının tətbiq olunacağı səthlər təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Kənarları girintili-çıxıntılı olan sahələr mümkün qədər düzəldilməlidir. Səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə su axıntısının qarşısı alınmalıdır. Materialın tətbiq olunacağı səth su ilə doyuzdurulmalıdır, lakin səthin üzərində su qalmamalıdır.

Qarışığın hazırlanması. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 400 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə ğətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

MATON 400

1kq-lıq toz üçün

25 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

0,13-0,14 litr

3,2-3,6 litr

İstifadəyə hazır məhlulun sıxlığı

2,21 kq/litr

Tətbiqi. Hazırlanmış qarışığı qalınlığı 10 mm-lə 50 mm arasında olmaqla səthə tökün. Qəlibləri 15 dəqiqədən sonra açın. Qalınlıq 50 mm-dən çox olduqda MOTON 400 məhsuluna ağırlığının 1∕2 nisbətində (1kq dolğu∕2 kq toz) xırda fraksiyalı dolğu (5-10 mm) qarışdırın.

Tövsiyələr. MATON 400 təmir qarışığı +200C temperaturda 7 dəqiqə ərzində istifadə olunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya sürəti ətraf mühitin və torpağın istiliyinə, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir, nəticədə platformanın ömrü və işləmə müddəti artır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu icazə verilən minimum həddən az olmamalıdır. Xırda fraksiyalı dolğu ilə istifadə edildiyi təqdirdə vasitələr quru şəkildə qarışdırılmalı və su ilə dolu vannaya əlavə edilməlidir. Qarışıq üçün su 10%-dən çox olmamalıdır. MOTON 400-dən torpaq qatının örtülməsi üçün istifadə edilməlidir. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

Tətbiq olunacaq mühitin temperaturu

+5 ÷+320 C

Sıxılmada möhkəmlilik həddi:

  • 1 gündən sonra
  • 7 gündən sonra
  • 28 gündən sonra

>10 N/mm2
>25 N/mm2
>50 N/mm2

Yayılma

>17 sm

İlkin tutma müddəti

20 dəqiqədən sonra

Tam bərkimə

28 gündən sonra

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

 

10 mm
50 mm

İstifadə müddəti:

  • +20 0 C temperaturda

 

7 dəqiqə

İstifadəyə verilmə müddəti

  • +20 0 C temperaturda

 

1 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm-lik qalınlıq üçün 2 kq/mquru qarışıq istifadə olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!