az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"OKETON" MOD 1223 S isti hava şəraitində istifadə olunan beton qatqısı

"OKETON" MOD 1223 S isti hava şəraitində istifadə olunan beton qatqısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

OKETON MOD 1223 S modifikasiyalı liqnin sulfonat əsaslı, betonun isti havalarda sürətli şəkildə qatılığının itirilməsinin qarşısını alan, su/sement miqdarını azaldaraq istifadə keyfiyyətini və mexaniki xüsusiyyətlərini artırmaq üçün istifadə olunan, sərtləşməni gecikdirən, suazaldıcı, normal plastifikatorlu (axıcı) beton qatqısıdır. Uyğunluq kodu: 04.613/1-A2 AZS 221-2006 (TS EN 934-2) Cədvəl 10: “Sərtləşməni gecikdirici, suazaldıcı, plastifikatorlu (axıcı) beton qatqısı” ASTM Tip D: “Suazaldıcı, gecikdirici beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • yüksək temperaturlarda sərtləşmənin uzun müddət gecikməsi tələb olunan beton istehsalında;
  • nasoslu və nasossuz hazır beton istehsalında;
  • armaturlu və armatursuz, az və ya normal ağırlıqda olan hər növ betonun istehsalında,
  • ənənəvi beton istehsalında;
  • axıcı qatılığın tələb olunduğu bütün betonlarda istifadə olunur.

Üstünlükləri

  • qatqısız betona nisbətən su miqdarını ən azı 5%-12% azaldır;
  • qatqısız betona nisbətən eyni işlənmə keyfiyyəti ilə aşağı su/sement nisbətini və asan nasoslanmanı təmin edir;
  • qatqısız betona nisbətən yekun müqaviməti artırır;
  • tökmə və işlənmə müddətini artırır;
  • çox məqsədli istifadə oluna bilir;
  • az miqdarda normal plastifikator (axıcılıq) effekti, yüksək miqdarda isə super plastifikator (axıcılıq) effekti nümayiş etdirdiyi üçün istifadə olunan qatqının çox növlülüyünü azaldır;
  • qatqısız betona nisbətən su/sement miqdarı aşağı olduğu üçün yüksək davamlılıq və olduqca az su sızmanı təmin edir;
  • betonun asan işlənmə keyfiyyətini təmin edir və ayrılma riskini azaldır;
  • qəlibli betonlarda ayrılma əmələ gətirmədən düzgün səthli bitişmə əldə olunur;
  • düz səthin əldə olunmasını asanlaşdırır;
  • beton konstruksiyaların tərkib hissəsinin dəyişməsinə qarşı həssaslığı azdır;
  • tərkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə OKETON MOD 1223 S-i qarışığa əlavə edin. OKETON MOD 1223 S-in qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Kimyəvi qatqıların işləmə prinsipi. Qatqılar əsasən mineral yapışdırıcılarla reaksiyaya girir. Qatqı betona əlavə olunduğu halda bitişdirici dənəcikləri tərəfindən sorulur (absorbsiya olunur). Yapışdırıcı dənəcikləri elektrostatik qüvvə ilə bir-birini itələyir. Beləliklə, istənilən istifadə imkanı daha az su miqdarı ilə təmin olunur. Qatqı suyunun azalmasına mütənasib olaraq betonun mexaniki davamlılığı artır.

Digər qatqı materialları ilə uyğunlaşması. OKETON MOD 1223 S aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • yüksək miqdarda yapışdırıcı maddənin istifadə olunmasına ehtiyac yarandığı hallarda kvars qumu, vulkan külü və şlakla;
  • donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • plastik sıxılma nəticəsində yaranan çatların qarşısını almaq üçün sintetik və polad liflərlə (fibralarla) birgə;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • tikinti yerində betonun qatılığını artırmaq üçün FLOTON MOD Nbeton qatqısı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla.

Texniki göstəricilər

Maddənin quruluşu

modifikasiyalı liqnin sulfonat əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,19-1,23 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<10,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

OKETON MOD 1223 S sement kütləsinin 0,4-1,2 %-i miqdarında əlavə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış OKETON MOD 1223 S mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa olaraq sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq, istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq, saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • qarışığın içindəki qatqı miqdarı qarışıqdakı sement və ikinci dərəcəli yapışdırıcıların (kvars qumu, vulkan külü, şlak) cəminin qatqı maddəsinin miqdarına vurulması ilə hesablanır;
  • tövsiyə olunan istifadə miqdarından daha artıq məhsuldan istifadə olunduğu təqdirdə qarışığın bərkimə (sərtləşmə) müddətləri uzana bilər. Belə hallarda qəlib alma müddətində dəmir-beton konstruksiyaların sərtləşdirilməsi təmin olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!