az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Dam örtüyü şiltəsi, Daş Yunu

AZWOOL Dam örtüyü şiltəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL daş yunu dam örtüyü (çatı) şiltəsi– beşik dam, qırma dam, oturtma dam kimi dam döşəmələrində, istifadə olunan çardaq aralarında taxta tirlər arası sahələrdə, üzərinə yük düşməyən üfüqi tətbiqlərdə və sendviç dam sistemlərində istilik, səs və yanğın izolyasiyası məqsədilə istifadə olunur.

 

İstifadə sahələri

Bu məhsuldan:
• çatı izolyasiyasında istilik və səs qorunmasının təmin olunmasında;
• dam örtüklərinin altında əlavə izolyasiya qatının yaradılmasında;
• istilik itkisini azaltmaq üçün evlərdə və sənaye binalarında;
• yağış və rütubətdən qorumaq üçün dam konstruksiyalarında;
• çatı təmir və tikinti işlərində əlavə dayanıqlılıq yaratmaq üçün istifadə olunur.

 

Üstünlükləri


• Yüksək istilik izolyasiyası ilə enerji sərfiyyatını azaldır;
• Səs-küyün effektiv qarşısını alır;
• Yüngül və elastik quruluşu sayəsində asan montaj olunur;
• Rütubət və korroziyaya qarşı dayanıqlıdır;
• Uzunömürlü və davamlıdır;
• Damlarda əlavə güc və dayanıqlılıq təmin edir.

 

İstifadə qaydaları


Səthin hazırlanması. İstifadəyə başlamazdan əvvəl səthin təmiz, quru və tozsuz olduğundan əmin olun.

Tətbiqi. Şiltə tələb olunan ölçülərə uyğun kəsilərək damın altında bərabər şəkildə yerləşdirilir. Montaj zamanı şiltənin üzərinə əlavə qoruyucu qat və ya membran tətbiq oluna bilər. Birləşmə nöqtələrində boşluq buraxmamaq, izolyasiyanın sızdırmazlığını təmin etmək vacibdir. Montaj və qulluq zamanı təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməlidir.

 

Texniki göstəricilər


Sıxlıq, kq/m3 40 | 50
Uzunluq, mm 3000 | 5000 | 8000
Eni, mm 600 | 1200
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 50 | 60 | 70 | 80 | 100 | 120 | 140 | 150
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat 

Ölçü: 1000 × 500 mm (1 şiltə = 0.5 m²).
Orta sərfiyyat: 1 m² sahə üçün 2 ədəd şiltə.
Ehtiyat payı: 5–10% əlavə material tövsiyə olunur.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.