az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL facade 100 Fasad Lövhəsi -Xarici Məkanlar üçün istilik və səs izolyasiyası, Daş Yunu

AZWOOL facade 100 Fasad Lövhəsi -Xarici Məkanlar üçün istilik və səs izolyasiyası, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL facade 100 fasad lövhəsi - bazalt əsaslı daş yunundan hazırlanmış istilik və səs izolyasiya plitəsidir. Bu məhsul əsasən 3 mərtəbəyə qədər olan binaların suvaqlı fasad sistemlərində (ETICS – External Thermal
Insulation Composite System) istifadə olunur.

 

İstifadə sahələri 

Bu məhsuldan:
• aşağı və orta hündürlüklü mərtəbəli
binaların fasad izolyasiyasında;
• yanğına qarşı təhlükəsizlik tələb olunan
binalarda istifadə olunur.

 

Üstünlükləri

• A1 yanma sinifinə aiddir;

• Asan montaj olunur;

• Yüksək buxarkeçiriciliyinə malikdir.

 

İstifadə qaydaları

 

Səthin hazırlanması. Səth tozdan, yağ ləkələrindən və tikinti qalıqlarından tam təmizlənməlidir. Əgər divarda çat və ya boşluqlar varsa, onlar əvvəlcədən təmir olunmalıdır. Səth quru və bərk olmalıdır, nəm və ya islanmış səthlərə tətbiq olunmamalıdır. Səthdəki səviyyə fərqləri maksimum 10 mm olmalıdır. Daha çox nahamarlıq varsa, düzəldilməlidir.

 

Tətbiqi. Lövhələr kərpic düzülüşü formasında, boşluq buraxmadan yerləşdirilməlidir. Hər bir lövhə ən azı 5–6 ədəd fasad dübeli ilə səthə bərkidilməlidir. Lövhələr mexaniki olaraq (dübellə) və ya əlavə olaraq yapışdırıcı ilə də montaj edilə bilər. AZWOOL xarici məkan üçün istilik və səs izolyasiya lövhələrinin üzərinə suvaq çəkildikdən sonra Fasmineral və ya digər oxşar dekorativ suvaqla örtülə bilər.

Texniki göstəricilər

İstilik keçiricilik, Vt/mK 0,036/0,037/ 0,040/0,041
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, Kpa <30
Üzvü maddələrin tərkibi, % <4,5
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m2 <1
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m2 <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m3 100 (±10)
Uzunluq, mm 1200 1200 1200
Eni, mm 600 600 600
Qalınlıq, mm 50 100 150
Plitələrin qablaşdırmada miqdarı, əd. 6 3 2
Qablaşdırmada miqdarı, m2 4,320 2,160 1,440
Qablaşdırmada miqdarı, m3 0,216 0,216 0,216
Altlıqda miqdarı, qabl., əd. 32 32 32
Altlıqda miqdarı, m3 6,912 6,912 6,912

 

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm - hər lövhə 0.72 m² əhatə edir.
Sərfiyyat: 1,39 lövhə/m².

Saxlama müddəti və qaydası
İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.