az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"IZOBİTEX" Bitum əsaslı hidroizolyasiya qarışığı

"IZOBİTEX" Bitum əsaslı hidroizolyasiya qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Bitum/kauçuk lateks emulsiya əsaslı, mükəmməl yapışa bilən, quruduqdan sonra elastiki, nəm və buxar keçirməyən qat əmələ gətirən hidroizolyasiya məhsuludur.

İstifadə sahələri

Bu izolyasiya məhsulundan:

  • daxili və xarici məkanlada, şaquli və üfüqi səthlərdə suyun axını istiqamətində;
  • mansardlarda;
  • Torpaqla təmasda olan beton, pərdə divarlar, asfalt, taxta, alüminium, qurğuşun kimi səthlərin su izolyasiyasında;
  • kanalların su izolyasiyasında;
  • tarixi abidələrin torpaq altında qalan hissələrinin suya və nəmə qarşı izolyasiyasında;
  • daxili və xarici məkanlarda divarların torpaq ilə təmasda olan hissələrinin su və nəmdən qorunmasında;
  • gül əkilən yerlərin su izolyasiyasında istifadə olunur.

Üstünlükləri

  • birkomponentlidir;
  • istifadəyə hazır məhsuldur;
  • təzə beton səthlərə çəkilə bilir;
  • həm quru, həm də nəm səthlərdə yapışma müqaviməti yüksək səviyyədədir;
  • torpağın tərkibindəki kimyəvi maddələrə və duz parçalarına qarşı davamlıdır;
  • donmaya və əriməyə davamlıdır;
  • tərkibində həlledici yoxdur və ətraf mühitə qarşı zərərsizdir.

İstifadə qaydaları

Səthin hazırlanmasıMəhsulun tətbiq olunduğu səthlərin sağlam, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirməli, səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır. Səthdəki xırda dəmir və taxta parçaları çıxarılmalı, əmələ gələn boşluqlar təmir harcı ilə doldurulmalı, künclər oval şəklə salınmalıdır. Ehtiyac olduğu halda İzoBitex səthə astar vurulduqdan sonra vurula bilər.

Qarışığın hazırlanması. İzoBitex birkomponentli olduğundan qarışdırılması sadədir. İzoBitex-dən 1 kq götürün, üzərinə 6 litr su əlavə edin və 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə bircinsli məhlul əldə edənədək qarışdırın.

Tətbiqi. Münasib ölçülü fırça və ya vərdənə ilə bütün səthə eyni qalınlıqda yayın və üfüqi səthlərdə yığılıb qalmasının qarşısını alın. Ehtiyac olduğu halda İzoBitex-ə 1/6 nisbətində su qatılaraq (0,02 litr İzoBitex +0,14 litr su, cəmi 0,16 litr/m² ) astar qatı kimi istifadə oluna bilər. İstifadə müddətində səthin hamarlığından asılı olaraq sərfiyyat 50% -ə qədər arta bilər. Astarın qurumasından sonra istifadə mərhələsinə keçilə bilər. Torpaq səviyyəsindən aşağıda (bünövrə və s. yerlərdə) istifadə olunduğu halda beton tökülmüş və qəlibi təzəcə çıxarılmış səthlərə çəkilə bilər. Birinci qat çəkildikdən dərhal sonra səthə qum səpilməlidir. Səth quruduqdan sonra yapışmayan qum dənələri süpürülərək götürülməlidir. Sonra ikinci qat çəkilməli və üzərinə yenidən qum səpilməlidir. Ehtiyac duyulduğu halda bu proseduranı sonrakı mərhələlərdə də təkrar etmək olar. İzoBitex-in üzərini hər hansı bir qoruyucu qatla örtmək istədikdə son qat qurumadan üzərinə qum səpilməlidir. Səth quruduqdan sonra yapışmayan qum hissəcikləri süpürülərək təmizlənməli və daha sonra şap, suvaq və ya gips əsaslı məhsullar istifadə olunmalıdır.

Tövsiyələr. İstifadədən sonra bütün alət və ləvazimatlar ilıq sabunlu su ilə təmizlənməlidir. İzoBitex sərtləşdikdən sonra münasib təmizləyici ilə mexaniki olaraq səthdən təmizlənə bilər.

Texniki göstəricilər

Məhsulun tərkibi

bitum-kauçuk lateks emulsiya

Rəngi

qəhvəyi-qara

Aqreqat halı

qatı maye

Həcm kütləsi

1,01 kq/litr

İstifadə olunan səthin temperaturu

+50C - +320C

Qablaşdırılması

 

20 kq-lıq plastik vedrələrdə, 100, 150 kq-lıq plastik çəlləklərdə, 200 kq-lıq dəmir çəlləklərdə

Sərfiyyat

İstifadə sahələri

Qatların sayı

1-ci qat

2-ci qat

3-cü qat

Körpü dayaqları, divarların xaricdən son qatı, beton və sütunlarda su izolyasiyasında 

2 qat

0,50 kq/m2

0,45 kq /m2

 

Qumlu sendviç qatının istifadəsində

 

2 qat

0,65 kq /m2

0,65 kq /m2

 

Daxili və xarici məkanlarda tökülən dəmir-betonun pərdə divarlarında

3 qat

0,45 kq /m2

0,45 kq /m2

0,45

kq /m2

Torpaqla təmasda olan beton, pərdə divarlar, asfalt, taxta, alüminium, qurğuşun kimi səthlərin su izolyasiyasında

3 qat

1 kq /m2

0,65 kq /m2

0,65

kq /m2

Buxar keçirməyən qat olaraq

2 qat

1 kq /m2

0,65 kq /m2

 

İstilik izolyasiya lövhələrinin yapışdırılmasında

1 qat

0.8 kq /m2

 

 

Bünövrələrdə

2 qat

0.50 kq /m2

0.50 kq /m2

 

Saxlama müddəti və qaydası

Ağzı açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunmaqla 12 ay saxlanıla bilər. Qısa müddət saxlandığı halda ən çoxu 3 ədəd taxta altlıqlar üst-üstə qoyula bilər və istifadə zamanı əvvəlcə ən altdakı götürülməlidir. Uzun müddət saxlanıldığı halda isə taxta altlıqlar üst-üstə qoyulmamalıdır.

Xəbərdarlıqlar

  • istifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maska geyinin;
  • məhsullardan hər hansı biri gözə və ya dəriyə düşərsə, dərhal su ilə yuyun;
  • ağıza düşərsə, dərhal həkimə müraciət edin;
  • ərzaq məhsullarından və uşaqlardan uzaq saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!