az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

FasMineral 1 mm

FasMineral 1 mm

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Əhəngdaşı və sement əsaslı, polimerləşdirilmiş, səthdə təbii görünüş yaradan, daxili məkanlar üçün nəzərdə tutulmuş dekorativ incə suvaq məhsuludur.

İstifadə sahələri

Bu məhsuldan:
• incə suvaq, gipskarton, hamar beton və son qat üzlük suvaqla suvanmış səthlərinin üzərinin örtülməsində;
• üzərinə incə suvaq çəkilmiş XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS genişləndirilmiş polistren köpüyü), daş yunu kimi istilik və səs izolyasiya lövhələrinin üzərinə tətbiq edilir.

Üstünlükləri

• Mürəkkəb texnoloji formula əsasında hazırlandığı üçün yüksək buxarkeçirmə qabiliyyətinə malik olub, istilik izolyasiya sistemləri üçün ideal bir örtükdür;
• Yüngül olduğu üçün tətbiqi və dekorasiya edilməsi rahatdır;
• Tətbiq olunduğu məkana təbii və dekorativ görüntü verir;
• Standart rənglərdən başqa materialın üstü boya rəng çeşidləri ilə boyana bilər;
• Çat vermir və səthdən qopmur.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz, quru və sağlam olmalı, tətbiq olunacaq səthdə çatlar varsa, uyğun məhsul ilə təmir olunmalı və səth quruyandan sonra FasMineral 1 mm məhsulu çəkilməlidir. FasMineral 1
mm məhsulunun tətbiqindən öncə səth mütləq ROKOL Binder Astar və ya digər oxşar
məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq-lıq FasMineral 1 mm məhsulunu yavaş-yavaş 5,5-6,5 l təmiz suya əlavə edin və homogen qarışıq əmələ gələnə qədər zəif dövriyyəli qarışdırıcı ilə təxminən 5 dəqiqə ərzində qarışdırın. Suyun miqdarını hava şəraitinə görə tənzimləyin. Qarışdırılan hər partiya məhsul üçün eyni miqdarda su istifadə edin. Əks halda səthin dekorativ bəzəyində və rəng tonunda fərqlər yarana bilər. Qarışdırılmış məhlulu 3-5 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə ərzində qarışdırın.

Tövsiyələr. Məhsul qızmar günəş altında, güclü küləkdə, yağıntılar zamanı istifadə edilməməlidir. Səthə vurulan qarışıq quruma vaxtı başa çatana qədər donmaqdan, yağışdan və ya digər səbəblərə görə islanmaqdan qorunmalıdır. Əgər lazım gələrsə, örtüklərdən istifadə edilməlidir. Səthin və havanın temperaturu minimum +5°C, maksimum +30°C olmalıdır. Temperatur +30°C-dən yuxarı olduqda mineral örtükdə suyun itirilməsinin və müqavimətin düşməsinin qarşısını almaq üçün səth 3 gün ərzində səhər-axşam püskürtmə yolu ilə (təzyiqsiz) nəmləndirilməlidir. Üzərini normal şərtlərdə 48 saatdan sonra boyamaq olar.


Tətbiqi: Hazırlanmış homogen qarışığı paslanmayan polad mala ilə səthə vurun və eyni qalınlıqlı qat əldə etmək üçün qarışığın artığını səthdən götürün. FasMineral 1 mm örtüyü səthə vurulduqdan sonra maksimum 10 dəqiqə ərzində bəzək verilməlidir. Soyuq havalarda bu müddət uzana bilər. Dekorativ səth əldə etmək üçün dənələr hansı tərəfə istiqamətlənirsə, sivirmə də o tərəfə doğru edilməlidir. Plastik mala ilə üfuqi, şaquli və ya dairəvi bəzək verilə bilər. Bəzək verilərkən mala səthi sıx-sıx sivirməlidir.
Eyni səthdə bütün işlər eyni partiyada hazırlanmış qarışıqla görülməlidir. Böyük səthlərdə görüləcək işin vaxtında başa çatması üçün kifayət qədər işçinin işləməsinə şərait yaradılmalı, qarışığın ara vermədən yaş-yaş aralıqların bitişmə yerlərinə çatana qədər vurulmasına nail olunmalıdır. Hazır qarışıq hava şəraiti nəzərə alınmaqla 2 saat ərzində istifadə edilməlidir. Bərkimiş və ya qatı qarışığa su əlavə edərək istifadə edilməməlidir.

Texniki göstəricilər

Rəngi ağ və ya 6 standart rəngdə
Quru halda məhsulun tökmə sıxlığı < 1,3 kq/l
Quruma müddəti:
- 20°C temperaturda və 65% nisbi nəmlik şəraitində quruması
- tam quruması
24 saatdan sonra
2-3 gündən sonra
Möhkəmlik həddi:
- əyilmədə
- sıxılmada
>1,5 MPa
>3,0 MPa
Qablaşdırma 2 və ya 3 qat kraft kağız və 1 qat polietilendən ibarət 10 və 25 kq-lıq kisələr

Sərfiyyat

Quru qarışığın sərfiyyatı: 1 m2 səthə 1,5-2,0 kq-dır.
Səthin forması və vurulmanın şərtlərinə uyğun olaraq göstərilən sərfiyyat miqdarı dəyişə
bilər.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla
bilər.