az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" tavan boyası

"ROKOL" tavan boyası

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Akrilik sopolimer əsaslı daxili tavan boyasıdır.

 

İSTİFADƏ SAHƏLƏRİ

Daxili məkanlarda məcun vurulmuş hər cür  beton və ya alçıpan tavanlara tətbiq olunur.

 

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması:  Səth hamar, təmiz, tozsuz və quru olmalıdır.

Tətbiqi: Məhsulu istifadə etməmişdən qabaq tavan ROKOL BİNMADER 200 məhsulu və ya standartlara uyğun istehsal edilmiş digər oxşar məhsul ilə astarlanmalıdır. Çünki astar vurduqda həm məhsulun sərfiyyatı azalır, həm də məhsulun yapışma müqaviməti artır. İstifadədən qabaq məhsula 15-20 % su əlavə edib aşağı dövriyyəli qarışdırıcı ilə bircincli olana qədər qarışdırmaq lazımdır.10-15 dəq.gözlədikdən sonra ikiqat olaraq tavana vərdənə vasitəsilə vurmaq lazımdır. Tətbiq zamanı mühitin temperaturundan asılı olaraq qatlar arasında 2-5 saat gözləmək lazımdır.

Tövsiyələr: Məhsulu  səthə çəkdikdə vərdənəni bir istiqamətdə hərəkət etdirmək lazımdır. Məhsul vurulan mühitin temperaturu +5°C ilə +30° C arasında olmalıdır. Birinci qat qurumamış ikinci qatı vurmaq olmaz. İşlər bitdikdən sonra alətləri su ilə təmizləmək lazımdır.

 

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi:                                   Ağ

Tərkibi:                                 akrilik əsaslı

Sıxlığı :                                 1.5 ± 0.05 qr/ml

Sərfiyyatı:                             0.25-0.3 kq/m ikiqat üçün

Saxlama müddəti:                Quru və sərin yerdə donmadan qorumaqla 2 il

Qablaşdırma:                       3,5; 10; 25 kq-lıq plastik vedrələr

 

XƏBƏRDARLIQLAR

Məhsul gözə və ağıza düşdükdə dərhal bol su ilə yumaq lazımdır;

Tətbiq zamanı texniki təhlükəsizlik vasitələrindən (əlcək ,eynək vəs) istifadə edin.

 

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

“Mətanət A" şirkəti məhsulun müvafiq texniki çərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;

şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər  istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Mətanət  A" şirkəti məsuliyyət daşımır.