az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

FUGATON Kəsilmiş betonlar üçün aralıq doldurucu

FUGATON Kəsilmiş betonlar üçün aralıq doldurucu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Birkomponentli, müxtəlif iqlim şəraitlərinə, ultrabənövşəyi şüalara və atmosferdə olan kimyəvi maddələrin mənfi təsirlərinə qarşı dözümlü, elastiki, istifadəyə hazır aralıq doldurma məhsuludur. ASTM C 920 standartına uyğudur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili və xarici məkanlarda, üfüqi səthlərdə;
  • döşəmələrdə;
  • sənaye sahələrində;
  • səth sərtləşdircilərində;
  • avtoparklarda, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə;
  • beton səthlərin aralıqlarının doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • istifadəyə hazırdır və rahat tətbiq olunur;
  • solmaya qarşı davamlıdır;
  • yüksək su keçirməzlik xüsusiyyətinə malikdir;
  • ani temperatur dəyişikliyinə davamlıdır;
  • istifadə müddəti uzundur.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadədən əvvəl məhsulun tətbiq olunacağı yer toz və digər qalıqlardan təmizlənməlidir. Astara ehtiyac yoxdur. Fugaton məhsulunu istifadə edərkən aralıqların kənarlarına tökülmənin qarşısını almaq məqsədi ilə xüsusi bantlar yapışdırılır.

Tətbiqi. Məhsul aralıq doldurma tapançası vasitəsi ilə aralıqlara tam olaraq (sonradan çökmə hallarının yaranmaması üçün) doldurulur. Aralıqların doldurulması zamanı hava boşluqlarının qalmamasına diqqət edilməlidir. Aralıqlar doldurlduqdan sonra bantlar sökülməlidir.

Tövsiyələr. Fugaton aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş Fugaton aralıq doldurma qarışığına qətiyyən başqa maddə əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Fugaton aralıq doldurma qarışığı sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

açıq-boz

Elastikliyi

25%

Səthin möhkəmliyi

25 Shore D

Yapışma müqaviməti

2,10 N/mm2

İstifadə temperaturu

+50C÷+300C

Qopmada uzanma

800%

Quruma müddəti:

  • səthin quruması
  • tam quruma

24 saatdan sonra
7 gündən sonra

Büzülmə

yoxdur

Qablaşdırma

4 kq, 10 kq və 25 kq-lıq plastik vedrələrdə

Sərfiyyat

Aralıqların enindən və dərinliyindən asılı olaraq aralıq doldurma qarışığının sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsulun qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə olunan qabların təmiz olmasına xüsusi diqqət edin;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!