az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"Matanat A" Extra Flex Yüksək elastikli və yüksək performanslı, iri ölçülü plitə yapışdırıcısı (boz) (quru qarışıq+maye)

"Matanat A" Extra Flex Yüksək elastikli və yüksək performanslı, iri ölçülü plitə yapışdırıcısı (boz) (quru qarışıq+maye)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement akrilik əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, yüksək nəticələr əldə etməyə imkan verən, şaxtayadavamlı, maksimum yüksəkliyə yapışdıran ikikomponentli, Nano texnologiyalı, boz rəngli, yüksək elastikli və yüksək performanslı plitə yapışdırıcıdır. EN 12004-1 standartının C2TE S2 sinfinin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu plitə yapışdırıcısı:

  • binaların fasadına müxtəlif ölçülü keramika, çini keramika, kotto, mərmər, qranit və digər təbii daşların, dekorativ kərpic və bu kimi üzlük materialların müxtəlif yüksəkliklərdə yapışdırılmasında;
  • binaların fasadında beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə 60 sm x60 sm ölçülü mərmər və qranit kimi üzlük plitələrin 8 metr, 40 smx40 sm ölçülü plitələrin 15 metr və 15 smx30 sm ölçülü üzlük plitələrin isə 15-75 metr yüksəkliyə yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Müxtəlif iqlim şəraitində istifadəyə yararlıdır;
  • Yüksəklikdə keramika və digər üzlük materialları şaquli və üfüqi səthlərə keyfiyyətlə yapışdırır;
  • Şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
  • Rahat hazırlanır və tətbiq olunur;
  • İstiyə və şaxtaya davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması.  İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır.

Tətbiqi Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir, sonra daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin.

Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, o zaman onu siyirib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Böyük ölçülü üzlük materiallarla işlədiyiniz zaman, yapışdırma işini üfüqi istiqamətdə icra edin və başa çatan sıra ilk müqavimət gücünə çatmamış sonrakı üst sıraya keçməyin. Üfüqi və şaquli istiqamətlərdə hər 3,5 m-dən bir genişlənmə aralığı buraxın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. Matanat A Extra Flex yapışdırıcısının istifadə olunduğu mühitin temperaturu +5ºC-dən aşağı və 30ºC-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30ºC-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır.

Texniki xüsusiyyətləri

Rəngi:
  • I komponent
  • II komponent
boz rəngli quru qarışıq
ağ rəngli maye
İstifadə temperaturu +5º C - +30º C
Su/quru qarışıq 2,8 l maye / 10 kq quru qarışıq
7 l maye / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı:
  • divarda
  • döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma
  • quru qarışıq
  • maye tərkibi
2 və ya 3 qatlı kraft kağızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə
2,8 və ya 7 l-lik plastik qablarda

 EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥30 dəqiqə 30–40 dəqiqə
Sürüşmə <0,5 mm 0
Qopma müqaviməti >1 N/mm² 1,5–2 N/mm²

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın təsviri və dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
<25 sm² 3 mm 1–2
25-100 sm² 4 mm 2-3
100-600 sm² 6 mm 3-4
600-1800 sm² 8 mm 4-5
1800-7200 sm² 10 mm 5-6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Matanat A Extra Flex Plitə yapışdırıcı (kq)1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²)Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçünDaraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
3 mm4 mm6 mm8 mm10 mm
25 1,28 6-6,5 1,3 kq 2,6 kq 3,9 kq 5,1 kq 6,4 kq

Saxlama müddəti və qaydası

Quru qarışıq açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla, maye qarışıq isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.