az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

FASMATİK SEMENT VƏ PERLİT ƏSASLI FASAD MAKİNA SUVAĞI

FASMATİK SEMENT VƏ PERLİT ƏSASLI FASAD MAKİNA SUVAĞI

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Sement və perlit əsaslı, yüngül dolduruculu, yüksək hidravlikli polimerləşdirilmiş, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, birkomponentli, şaxtaya, suya və xarici təsirlərə davamlı, yüksək möhkəmliyə və elastikliyə malik, quruduqdan sonra çat verməyən fasad əl suvağıdır. ГОСТ 28013-98 standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • beton səthlərin, yüngül betondan hörülmüş divar və tavanların suvanmasında;
  • kərpic, mişar daşı və digər növ daşların hörülmüş divarların suvanmasında;
  • beton, yığma beton, qaz-betondan tikilmiş divar və tavanların suvanmasında istifadə olunur

Üstünlükləri

  • FASMATİK fasad əl suvağı ilə suvanmış divar möhkəm olur;
  • FASMATİK fasad əl suvağı ilə suvanmış divarda birbaşa və ya ancaq üzlük alçıdan istifadə etməklə üzlük-tamamlama işləri görmək olur (yəni astar alçıya qənaət olunur);
  • FASMATİK fasad əl suvağı ilə suvanmış divarlar qışda isti, yayda sərin olur;
  • FASMATİK fasad əl suvağı yalnız su ilə qarışdırılır;
  • Rahat tətbiq olunur, ustanın işini yüngülləşdirir.
  • Perlit tərkibli olduğu üçün FASMATİK fasad əl suvağı istifadə olunmuş tikililərin çəkisi yüngül olur

İstifadə qaydaları

Səthin hazırlanması. Səth suvanmazdan əvvəl yapışmağa mane olan qalıqlardan təmizlənməli və səthin möhkəm olmasına diqqət yetirilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır. Suvaq vurulacaq səthin düz olması (padmayak) üçün ano profillər bir müstəvidə yerləşdirilməli, divarların künclərinin düz və dəqiqliyindən ötrü ano profillərlə bir müstəvidə künc profilləri (köşe profilləri) də quraşdırılmalıdır. Profillər səthə suvaq vurmamışdan 24 saat öncə quraşdırılmalıdır ki, qarışıq profilləri tutsun.

Qarışığın hazırlanması Birinci üsul: 40 kq-lıq FASMATİK fasad əl suvağını yavaş-yavaş 9,4-10,4 litr təmiz su tökülmüş qaba boşaldın, qarışdırıcı və ya əl aləti ilə homogen sistem əmələ gələnə kimi qarışdırın. 3-5 dəqiqə gözlədikdən sonra yenidən qarışdırın. Suvaq vurulacaq səthin düz olması (padmayak) üçün ano profillər bir müstəvidə yerləşdirilməli, divarların künclərinin düz və dəqiqliyindən ötrü ano profillərlə bir müstəvidə künc profilləri (köşe profilləri) də quraşdırılmalıdır. Profillər səthə suvaq vurmamışdan 24 saat öncə quraşdırılmalıdır ki, qarışıq profilləri tutsun. İkinci üsul: FASMATİK fasad əl suvağını yerə boşaldın. Üzərinə tələb olunan miqdarda su əlavə edin.Yerə boşaldılmış məhsul suyu özünə çəkdikdən sonra çalo ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın.

Tətbiqi: Hazır qarışıq səthə 8-35 mm qalınlığında mala ilə vurulur, xüsusi mastarla (alüminium profil aləti) mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Tətbiq olunmuş suvaqda ilkin bərkimə yaranandan sonra səth su ilə nəmləndirilməklə mala sürtgəc vasitəsilə hamarlanır. Əgər suvaq 35 mm-dən çox qalınlıq tələb edirsə, onda həmin səthə suvaq qarışığını 2 mərhələdə çəkmək lazımdır. Hazırlanan qarışıq 120 dəqiqə ərzində işlədilməlidir

Tövsiyələr: FASMATİK fasad əl suvağı istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/ quru qarışıq 9,4 – 10,4 litr su /40kq quru qarışıq
İstifadə müddəti 120 dəqiqə
Səthə çəkilmə qalınlığı
  • minimum
  • maksimum
8 mm
35 mm
İstifadəyə hazır məhsulun sıxlığı 1200 kq/m3
Quruyandan sonra məhsulun sıxlığı 1550 kq/m3
Möhkəmlik həddi:
  • əyilmədə
  • sıxılmada
2 N/mm2
5 N/mm2
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietiləndən ibarət olan 40 kq-lıq kisələrdə

Sərfiyyat

8-10 mm qalınlığında, 1 m2 səthin suvanmasına 12-14 kq FASMATİK fasad əl suvağı sərf olunur. 40 kq-lıq FASMATİK fasad əl suvağı təxminən 3 m2 səthin suvanmasına kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 5 ədəd olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 11 ədəd olmaqla 12 ay saxlanıla bilər. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!