az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL roof 2 Dam üçün istilik və səs izolyasiya lövhəsi, Daş Yunu

AZWOOL roof 2 Dam üçün istilik və səs izolyasiya lövhəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL roof 2 - dam üçün istilik və səs izolyasiya lövhəsi daş yunu əsaslı izolyasiya materialıdır. Bu məhsul həm düz, həm də profilli dam sistemlərində istifadə üçün nəzərdə tutulub. Yüksək sıxlığa malik olduğundan istilik və səs izolyasiyası üçün əlverişlidir, eyni zamanda mexaniki dayanıqlığı kifayət qədərdir.

 

İstifadə sahələri 

Bu məhsuldan:
• ikiqatlı yastı damın üst qatında;
• yüklənməyən və azyüklü damlarda istifadə
olunur.

 

Üstünlükləri

• Yüksək elastiklik qabiliyyəti;
• Artırılmış mexaniki möhkəmlik;
• Yanğın təhlükəsizliyi;
• Enerji səmərələliyi.

 

İstifadə qaydaları

Səthin hazırlanması. Quraşdırılacaq səth (dam örtüyü) təmiz, quru və bərabər olmalıdır. Yağ, toz, tikinti qırıntıları və digər maneə yarada biləcək maddələr təmizlənməlidir.

Tətbiqi. Lövhələr kərpicvari (şahmatvari) şəkildə yerləşdirilməlidir – bu, istilik itkisinin qarşısını alır. Lövhələr boşluqsuz və sıx yerləşdirilməlidir. Üzərində gəziş olmayan damlarda bu qat son qat kimi istifadə edilə bilər. Lövhələr uyğun uzunluqlu dübellərlə səthə bərkidilir (adətən 5-6 ədəd/m²). Əgər əlavə yük gələcəksə, üst qat olaraq sıxlığı yüksək material tətbiq olunmalıdır. İstilik izolyasiyasının üzərinə hidroizolyasiya qatları (rulon material, PVC membran və s.) çəkilir. Bu qatlar məhsulu sudan və atmosfer təsirlərindən qoruyur.

Texniki göstəricilər

İstilik keçiricilik, Vt/mK 0,038/0,040/
0,042/0,043
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, Kpa <70
Konsentrasiya olunmuş yükləmə N 700 ≥ 1000
Üzvü maddələrin tərkibi, % <4,5
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m2 <1
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m2 <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m3 180 (±15)
Uzunluq, mm 1200 1200
Eni, mm 600 600
Qalınlıq, mm 30 40
Lövhələrin qablaşdırmada miqdarı əd. 7 5
Altlıq üzərində miqdarı, əd. 44 48
Qablaşdırmada miqdarı, m3 0,151 0,144

Qablaşdırmada miqdarı, m2 5,040 3,600

 

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm — 1 lövhə 0,72 m² sahəni örtür.
Sərfiyyat: 1,4 lövhə/m².

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.