az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" sintetik parlaq boya

"ROKOL" sintetik parlaq boya

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Alkid əsaslı, yüksək örtmə qabliyyətinə, saralmağa qarşı müqavimətə, sürtünməyə və suya qarşı dayanıqlığa malik, asan silinə bilən və mükəmməl yayılma gücü sayəsində asan istifadəni təmin edən sintetik boyadır.

İstifadə sahələri

Bu boyadan:

  • bütün növ metal, taxta, suvaq və beton səthlərdə istifadə olunur.

Üstünlükləri

  • yüksək örtmə qabliyyətinə malikdir;
  • saralmağa qarşı müqavimətlidir;
  • sürtünməyə və suya qarşı dayanıqlıdır;
  • asan silinir;
  • mükəmməl yayılma qabiliyyətinə malikdir
  • istifadəsi asandır.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan hər növ toz, yağ, pas, parafin və s. qalıqlardan təmizlənməlidir.

Tətbiqi. İstifadədən əvvəl yaxşıca çalxalanmalı və boyanın 5-10%-i qədər ROKOL sintetik tinerlə incəldilməlidir (durulaşdırılmalıdır). Uyğun püskürtmə aparatı və ya vərdənə vasitəsilə səthə çəkilir.

Texniki göstəricilər

Rəngi

ağ, bordo, qara, qırmızı, sarı, yaşıl, boz, göy

Məhsulun quruluşu

alkid əsaslı

Quru qalığı

67%

Sıxlığı

1,05 kq/litr

Bərkiməsi

7-8 saatdan sonra

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

0,85; 2,5 və 15,0 litrlik dəmir qablarda

Sərfiyyatı

1 msəthə 80 - 100 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda, sərin yerdə 3 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!