az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FİLKRET 100" Təmir qarışığı

"FİLKRET 100" Təmir qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, qatqılarla zəngin, materialın sukeçirməzliyini təmin edən, birkomponentli səth təmir qarışığıdır. AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • tikililərdəki bərpa işlərində;
  • boyama, keramika yapışdırma və izolyasiyadan əvvəl səthin düzgünlüyünün təmin olunmasında;
  • nazik çatların doldurulmasında;
  • tökülmüş, ovulmuş, qırılmış, qopmuş beton, suvaq və s. bu kimi səthlərin təmir olunmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • tökülmüş, ovulmuş, qopmuş hissələrdə qüsursuz səth əmələ gətirir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səthi yapışmağa mane olan qalıqlardan təmizləyin. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin. İstifadə etməmişdən əvvəl səthi nəmləndirin və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astarla və ya standartlara uyğun istehsal olunmuş digər bu tip məhsulla astarlayın.

Qarışığın hazırlanması. 25 kq-lıq Filkret 100 quru qarışığını 5,5-6,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin tam qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

Filkret 100

1 kq-lıq məhsul üçün

25 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

 

0,22 litr

 

5, 5 litr

İstifadəyə hazır məhlulun sıxlığı

1,75 kq/litr

Tətbiqi. Səthdəki qopuq və qırılmış yerləri, çatları mala ilə tam şəkildə doldurun. 1-5 mm arası qalınlıqda istifadə oluna bilər. Hazırlanan qarışığı 90-120 dəqiqə ərzində işlədin.

Tövsiyələr. Filkret 100 təmir qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya yeni quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

boz

İstifadə temperatutu

+50 C ÷+ 300 C

İstifadə müddəti

90-120 dəqiqə

Möhkəmlik həddi:

  • əyilmədə
  • sxılmada

 

3 N/mm²
15 N/mm²

Qopma müqaviməti

1 N/mm²

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1,5-2,0 kq/ m2 qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal kisələrdə sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • Filkret 100 təmir qarışığı sement əsaslı olduğundan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!