az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

KONTRAJUK

KONTRAJUK

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA 

Tərkibi yüksək effektli fungisid və biosidlərdən ibarət olan su tərkibli məhsuldur.

 

İSTİFADƏ SAHƏLƏRİ

Bu məhsuldan bütün taxta məmulatlarında-taxta örtüklərində, DCP lövhələrdə və eləcə də mineral səthlərdə istifadə olunur.

 

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması: Məhsulun tətbiq olunduğu səthlər yağdan, çirkdən və tozdan təmizlənməli, lazım gəldikdə  cilalanmalıdır.

Tətbiqi: Məhsulu incəltmədən fırça, vərdənə və ya püskürtmə aparatı ilə səthə ikiqat çəkmək lazımdır. Qatlar arasında 1-2 saat gözlənilməlidir.

Tövsiyələr: Məhsulun istifadəsi zamanı mühit temperaturu +5°C-dən yuxarı olmalı və havanın nəmliyi 80%-dən asağı olmalıdır.

 

TEXNİKİ GÖSTƏRİCİLƏR

Tərkibi                       Su əsaslı

Sıxlığı                        0.95-1 qr/ml±0.05

Rəngi                         şəffaf

Quruma vaxtı:         

İlkin quruma            1-3 saat

Tam quruma            12-15 saat

Qablaşdırma            5 və 10 litrlik plastik bidonlarda

 

SƏRFİYYAT               

İki qata 0.2-0.3 l/m² istifadə oluna bilər.

 

SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI

5-35°C temperaturda açılmamış və birbaşa günəş işığı düşməyən yerdə 3 il saxlanıla bilər.

 

XƏBƏRDARLAR

Məhsulu donmadan qoruyun;

Uşaqların əli dəyə biləcəyi yerlərdən uzaq tutun;

Məhsulu sərin yerdə saxlayın,istifadədən sonra qapağını kip bağlayın.

 

ZƏMANƏT VƏ  TEXNİKİ DƏSTƏK

“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər  istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Mətanət  A" şirkəti məsuliyyət daşımır.