az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Akustik Səs və istilik izolyasiya lövhəsi, daş yunu

AZWOOL Akustik Səs və istilik izolyasiya lövhəsi, daş yunu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL akustik — səs və istilik izolyasiyası üçün daş yunudur. Əsasən çərçivə konstruksiyalı arakəsmələr, asma tavanlar və mansard tavan izolyasiyası üçün nəzərdə tutulmuşdur.

AZWOOL akustik — bazalt süxurundan alınmış, həm istilik, həm də akustik izolyasiyanı təmin edən, A1 yanmaz sinfinə aid, hidrofobik və uzunömürlü materialdır.

Istifadə sahələri

Bu məhsuldan:

  • karkas örtüklü otaqlararası arakəsmələr və divarlarda;
  • asma tavanlarda;
  • mərtəbələr arası örtüklərdə istifadə edilir.

Üstünlükləri

  • Yüksək akustik keyfiyyətə malikdir;
  • İkili funksionaldır (həm istidən qorunma, həm səssizlik təmin edir);
  • Tam yanmayan materialdır.

Istifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq sahə (divar, tavan və s.) təmiz və düz olmalıdır. Karkas sistemlərində profil aralığı izolyasiya lövhələrinin ölçüsünə uyğun planlaşdırılmalıdır (adətən 600 mm). Montaj zamanı temperatur və rütubət şəraiti normal inşaat şəraitində (quru mühitdə) olmalıdır.

Tətbiqi. Arakəsmə divarlarında: Lövhəər karkas içərisinə boşluq qalmadan yerləşdirilir. Heç bir əlavə yapışdırıcıya ehtiyac yoxdur — məhsul öz elastikliyi ilə karkasda sıx dayanır. Daha yaxşı akustik nəticə əldə etmək üçün arakəsmələrdə 2 qat tətbiq oluna bilər. Asma tavanlarda: Lövhələr tavan karkasına üst hissədən yerləşdirilir. Xüsusilə ofislərdə və ictimai məkanlarda akustik komfort üçün effektiv nəticə verir. Mansard və yuxarı tavanlarda: Material taxta karkas arasına sıx yerləşdirilir. Üzərindən buxar izolyasiya membranı çəkilir və sonra üzlük materialı vurulur (gips, panel və s.).-

Texniki göstəricilər

İstilik keçiricilik, Wt/mK 0,035 / 0,036 / 0,038 / 0,039
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, KPa <0,5
Üzvü maddələrin miqdarı, % <2,5
Qısa müddət ərzində (24 saat) suyun hopması, kq/m² <1
Uzun müddət ərzində (28 gün) suyun hopması, kq/m² <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m³ 41 (±4)
Uzunluq, mm 1200 1200 1200 1200
Eni, mm 600 600 600 600
Qalınlıq, mm 50 50 50 100
Plitələrin qablaşdırmada miqdarı, əd. 6 8 12 6
Qablaşdırmada miqdarı, m² 4,320 5,760 8,640 4,320
Qablaşdırmada miqdarı, m³ 0,216 0,288 0,432 0,432
Qablaşdırmaların altlıqda miqdarı, əd. 32 24 16 16
Altlıqda miqdarı, m³ 6,912 6,912 6,912 6,912

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm - 1 lövhə 0,72 m² sahəni örtür.

Sərfiyyat: 1,4 lövhə/m².

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.