az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Mineral tökmə daş yunu

AZWOOL Mineral tökmə daş yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL mineral tökmə daş yunu - yüksək temperatura davamlılıq tələb olunan qeyri-
bərabər (nahamar) səthlərdə, məsələn: laboratoriya cihazlarında, ikiqat divarlı qablarda,
elektrik məişət avadanlıqlarında, elektrik kabelləri və qurğu keçidlərində, daş yunu
lövhə və şiltələrin tətbiqinin çətin olduğu sahələrdə yanğın, istilik, səs və rütubət izolyasiyası
məqsədilə istifadə olunur.

 

İstifadə sahələri

Bu məhsuldan:

• dam, tavan və döşəmə izolyasiyasında;
• sənaye obyektlərinin istilik və səs izolyasiyasında;
• boru, kanal və konteynerlərin istilik qorunmasında;
• istilik sistemlərinin izolyasiyasında;
• tikinti və təmir işlərində boşluqların doldurulmasında istifadə olunur.

 

Üstünlükləri

• Yüksək istilik və səs izolyasiyasını təmin edir;
• Yanğına davamlı və alov gecikdirici xüsusiyyətə malikdir;
• Ətraf mühitə zərər verməyən təbii materiallardan hazırlanır;
• Elastik və boşluqlara rahat dolur, tətbiqi asandır;
• Quru və nəmişlik şəraitində uzunömürlüdür;
• Yüngül çəkisi ilə daşınması və tətbiqi rahatdır.

 

İstifadə qaydaları


Səthin hazırlanması. İstifadəyə başlamazdan əvvəl tətbiq olunacaq səthin təmiz, quru və
tozsuz olmasına diqqət yetirin.


Tətbiqi. Daşyunu ehtiyac duyulan səthə bərabər paylanaraq tökülür və boşluqlar tamamilə
doldurulur. Tətbiq zamanı izolyasiya qatının qalınlığı layihə tələblərinə uyğun olmalıdır. Tökmə
daş yununu tətbiq edərkən xüsusi avadanlıq və ya əl vasitələri istifadə edilə bilər. Quraşdırma
sonrası səthin üzərində hər hansı boşluq və ya çatışmazlıq olmadığını yoxlamaq vacibdir.

 

Texniki göstəricilər

Sıxlıq, kq/m3 40
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat

1 m³ səth doldurmaq üçün təxminən 1000 kq tökmə daş yunu istifadə olunur.
İzolyasiya qalınlığı və boşluğun ölçüsünə görə sərfiyyat dəyişir.
Ehtiyat payı olaraq 5–10% əlavə material tövsiyə olunur.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.