az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Rabitz Telli Sənaye Şiltəsi, Daş Yunu

AZWOOL Rabitz Telli Sənaye Şiltəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL daş yunu rabitz telli sənaye şiltəsi – sənaye obyektlərində, istilik qazanxanalarında, bacalarda və iri diametrli borularda istilik, səs və yanğın izolyasiyası məqsədilə istifadə olunan, daş yunu üzərinə galvanizləşdirilmiş şiltədir.

 

İstifadə sahələri

Bu məhsuldan:
• sənaye binalarında, anbarlarda istilik və səs izolyasiyası olaraq;
• sənaye boru və kanallarının izolyasiyasında;
• metal konstruksiyaların, rəflərin və divarların qorunmasında;
• qazanxana və istilik sistemlərində istilik itkisinin azaldılmasında;
• sənaye avadanlıqlarının vibrasiya və səsküyünün azaldılmasında istifadə olunur.

 

Üstünlükləri

• Güclü mexaniki dayanıqlıq təmin edir;
• İstilik və səs izolyasiyasını artırır;
• Montajı asan və sürətlidir;
• Yanğına davamlı və kimyəvi təsirlərə qarşı müqavimətlidir;
• Elastik və deformasiyaya qarşı dayanıqlıdır;
• Uzunömürlü və davamlı istifadə üçün uyğundur.

 

İstifadə qaydaları
Səthin hazırlanması. İstifadəyə başlamazdan əvvəl səthin təmiz, quru və tozsuz olduğundan
əmin olun.
Tətbiqi. Şiltə tələb olunan ölçülərə uyğun kəsilərək tətbiq sahəsinə bərabər şəkildə yerləşdirilir.
Montaj zamanı Rabitz tel şəbəkəsi üzərinə şiltə möhkəm və bərabər paylanmış
şəkildə yerləşdirilir. Bərkidici elementlər və yapışqan istifadə olunaraq sistem möhkəmləndirilir.
Birləşmə yerlərində boşluq buraxılmamalı, sızdırmazlıq təmin edilməlidir. Montaj və qulluq
zamanı müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir.

 

Texniki göstəricilər


Sıxlıq, kq/m3 80 | 90 | 100 | 110 | 120
Uzunluq, mm 3000 | 5000 | 8000
Eni, mm 600 | 1200
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 30 | 40 | 50 | 60 | 70 | 80 | 100 | 120
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat

Ölçü: 1000 × 500 mm (1 şiltə = 0.5 m²).
Orta sərfiyyat: 1 m² sahə üçün 2 ədəd şiltə.
Ehtiyat payı: 5–10% əlavə material tövsiyə olunur.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.