az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL PARMAKET ROZE" parket və taxta yapışqanı, PVA, roze rəngdə

"ROKOL PARMAKET ROZE" parket və taxta yapışqanı, PVA, roze rəngdə

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Polivinil asetat əsaslı, geniş təyinatlı, xüsusi kimyəvi qatqılarla zəngin, yüksək yapışma gücünə malik çəhrayı rəngli yapışqandır. AZS 082-2003 stadartına uyğundur.

İstifadə sahələri

Bu yapışqandan:

  • ağac, kağız, karton, dəri, parça, linoleum və s. məmulatların yapışdırılmasında;
  • üzlük plitələrin, həmçinin müxtəlif növ gips və sement əsaslı qarışıqların yapışma gücünün artırılmasında istifadə olunur.

Üstünlükləri

  • istifadəyə hazırdır və asanlıqla çəkilir;
  • yüksək yapışma qabiliyyətinə malikdir;
  • müxtəlif növ sement və gips əsaslı qarışıqların yapışma gücünü artırır;
  • 1000C-ə qədər dözümlüdür.

Səthin hazırlanması. İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. 

Tətbiqi. 
İstifadədən əvvəl qarışdırın. Yapışdırılacaq səthə nazik qat şəkilində çəkin. 1-2 dəqiqədən sonra yapışdırılacaq səthləri birləşdirin və preslə sıxıb bir gün saxlayın. Yüksək yapışqanlılıq əldə etmək üçün +50C-dən yuxarı temperaturda istifadə olunması məsləhət görülür. Tam yapışqanlıq qabiliyyətinə 24 saatdan sonra nail olunur.

İstifadə qaydaları

Tövsiyələr. PARMAKET ROZE istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (300C-dən yuxarı) havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş PARMAKET ROZE yapışqanı atılmalıdır.

Texniki xüsusiyyətləri

Rəngi

çəhrayı

İstifadə temperaturu

+50 C÷+300 C

Tutma müddəti

1-2 dəqiqədən çox

Gərilmə zamanı möhkəmlik həddi

4 MPa-dan çox

Hidrogen ionlarının qatılığı (hidrogen göstəricisi - ph)

4,5 -6,0

Qablaşdırma

850 qr və 3, 5, 8, 10, 18, 20, 25 və 200 kq-lıq plastik bidonlarda

Sərfiyyat

Ağac, kağız, karton, dəri, parça, linoleum və digər materialların xüsusiyyətlərindən asılı olaraq sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda, quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • PARMAKET ROZE yapışqanının kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • quru anbarlarda saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50%+5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!