az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL roof 1 Dam üçün istilik və səs izolyasiya lövhəsi, Daş Yunu

AZWOOL roof 1 Dam üçün istilik və səs izolyasiya lövhəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL roof 1 - yastı dam konstruksiyalarında istilik və səs izolyasiyası üçün nəzərdə tutulmuş yüksək sıxlıqlı daş yunu lövhəsidir. Məhsul yüksək sıxılma və qatların ayrılma müqaviməti ilə seçilir, mexaniki yüklərə davamlıdır. Yanmaya qarşı A1 sinfinə malik olan material ekoloji cəhətdən təhlükəsizdir. Aşağı istilik keçiriciliyi (λ ≈ 0.038 W/m·K) sayəsində enerji səmərəliliyini artırır. Su udma qabiliyyəti minimaldır
və ölçü sabitliyini uzunmüddətli saxlayır.

 

İstifadə sahələri 

Bu məhsuldan:
• yastı dam sistemlərində istilik izolyasiyası;
• sənaye və inzibati binaların dam örtüklərində;
• membran və bitum əsaslı dam sistemlərində;
• çoxqatlı izolyasiya sistemlərinin alt qatlarında;
• prefabrik və metal konstruksiyalı tikililərdə
istifadə olunur.

 

Üstünlükləri


• Yüksək sıxılmaya dayanıqlıdır;
• A1 sinifli yanğına davamlıdır;
• Aşağı istilik keçiriciliyi ilə enerjiyə qənaət
edilir;
• Su və rütubətə qarşı davamlıdır;
• Ölçüsü sabitdir və uzunömürlüdür;
• Ekoloji cəhətdən təhlükəsiz və zərərsizdir.

İstifadə qaydaları

Səthin hazırlanması. İzolyasiya tətbiq olunacaq dam səthi təmiz, quru və bərkidilmiş olmalıdır.
Köhnə material qalığı, toz, yağ və nəmişlik təmizlənməlidir. Beton səthlərdə çat və
qabarıqlıq varsa, onlar əvvəlcədən aradan qaldırılmalıdır. Baza səthi mümkün qədər hamar
və möhkəm olmalıdır. Lazım gələrsə, səthə astar (primer) vurula bilər.

Tətbiqi. AZWOOL roof 1-dam üçün istilik və səs izolasiya lövhələri sıx şəkildə, boşluq qalmadan
döşənməlidir. Lövhələr şaxtabənd (şahmat) üsulu ilə döşənməsi tövsiyə olunur.
Lövhələr mexaniki bərkidici dübellərlə sabitlənir. Üzərinə su keçirməz örtük (bitum membranı
və ya digər dam örtüyü) tətbiq olunur. Montaj zamanı məhsulun deformasiya olunmamasına
və düzgün yerləşdirilməsinə nəzarət edilməlidir.

Texniki göstəricilər


İstilik keçiricilik, Vt/mK <0,038
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, Kpa <10
Üzvi maddələrin tərkibi, % <4,5
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m2 <1
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m2 <3
Yanma dərəcəsi A1 sinifli
Sıxlıq, kq/m3 110-130
Uzunluq, mm 1200 1200 1200 1200
Eni, mm 600 600 600 600
Qalınlıq, mm 50 100 150 250
Lövhələrin qablaşdırmada miqdarı, əd. 8 4 3 1
Qablaşdırmada miqdarı, m2 5,76 2,88 2,16 1,44
Qablaşdırmada miqdarı, m3 0,288 0,288 0,324 0,360

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm - bir lövhə 0,72 m² sahəni örtür.
Sərfiyyat: 1,4 lövhə/m².

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.