az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"IZOANTIASID" Kanalizasiya sistemləri üçün hidroizolyasiya qarışığı

"IZOANTIASID" Kanalizasiya sistemləri üçün hidroizolyasiya qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Sement əsaslı, polimer birləşməli, turşuların və duzların təsirinə davamlı, birkomponentli, kimyəvi maddələrə və mexaniki təsirlərə davamlı, beton və sement suvağı çəkilmiş səthlər üzərinə daxildən və xaricdən vurulan hidroizolyasiya məhsuludur. BS 6920 standartına uyğundur.

İstifadə sahələri

Bu hidroizolyasiya qarışığından:

  • xarici və daxili məkanlarda;
  • çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dərinliyi 15 metrdən az olan kanalizasiya sistemlərində;
  • Matontəmir materialları ilə təmir edilmiş səthlərdə son örtük qatı olaraq;
  • kanalların üst səthlərinin qorunmasında və su keçirməyən səthin yaradılmasında;
  • suların axıdılması üçün nəzərdə tutulmuş tikililərdə və dəmir-beton boruların örtülməsində;
  • çirkab sularının axıdıldığı kanal və boruların sulfatların təsirindən qorunmasında;
  • çirkab su anbarlarında istifadə olunur.

Üstünlükləri

  • sulfatların təsirinə dözümlüdür;
  • rahat hazırlanır və tətbiq olunur;
  • mexaniki dözümlülüyü yüksəkdir, çatlamır və ovulmur;
  • su buxarını keçirir;
  • fırca və püskürtmə maşını ilə tətbiq oluna bilər;
  • yağış və çirkab sulara qarşı davamlıdır;
  • içməli su anbarlarında heç bir məhdudiyyət qoyulmadan istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. İzoAntiasid-in tətbiq olunduğu səthlərin sağlam, davamlı, tozsuz, təmiz və eyni zamanda dayanıqlı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthin üzərində dəmir və taxta qırıntılar çıxarılmalı, səth su vasitəsilə isladılmalı və sonra səthin qurumasını gözləmək lazımdır. Su ilə isladılma zamanı örtük materiallar suyu sürətlə hopdurarsa və solğun rəng alınarsa, bu o deməkdir ki, səth lazımi qədər isladılmamışdır və ya sürətlə qurumağa meyllidir. Hava isti və ya küləkli olduqda yalnız birinci qatda materiala qarışdırılan suyun miqdarı 10 % artırıla bilər.

Qarışığın hazırlanması. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsilə qarışdırma qabına boşaldın. 25 kq-lıq quru İzopolfat qarışığını 4,5-5,75 l suyun üzərinə yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 3-5 dəqiqə ərzində qarışdırın. Təqribən 3-5 dəqiqə saxladıqdan sonra təkrarən 30 saniyə qarışdırıb, materialı istifadəyə hazır vəziyyətə gətirin.

İzoAntiasid, 25 kq

Fırca ilə

Mala ilə

Qarışdırılan suyun miqdarı

 

5,75 litr

4,5 litr

 

İstifadəyə hazır məhlulun sıxlığı

2,00 kq/litr

3,06 kq/litr

Tətbiqi. Hazırlanmış İzoAntiasid məhsulu fırca vasitəsilə iki və üç qat tətbiq olunur. Hər qatdakı fırcanın gediş istiqaməti bir-birinə əks olmalıdır. Qatlar arası gözləmə müddəti mühitin şəraitindən asılı olaraq dəyişir.

Tövsiyələr. +230C-də istifadə olunan İzoAntiasid 2 gündən sonra mexaniki dözümlülük əldə edir, 3 gündən sonra su keçirmir və son həddə 14 gündən sonra çatır. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və donvurmadan qorunmalıdır. Tətbiq olunan zaman bir qatın qalınlığı 2 mm-i keçməməlidir. Tətbiq işləri ən azı 2 qatda aparılmalıdır. Hazırlanmış məhsul 30 dəqiqə ərzində işlədilməlidir. İstifadə olunduqdan sonra alətlər su ilə təmizlənməlidir. İzopolfat bərkidikdən sonra yalnız mexaniki vasitələrlə səthdən təmizlənə bilər.

Texniki göstəricilər

Rəngi

boz

Su /quru qarışıq

4,5-5,75 l /25 kq

İstifadə temperaturu

+50 C ÷ +320C

Qopma müqaviməti

≥1,00 N/mm2

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

30 dəqiqə

Mexaniki dözümlülük

2 gündən sonra

Sukeçirməzlik

3 gün

Su təzyiqinə dözümlülük

≥0,50 bar

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə

Sərfiyyat

İzoAntiasid

Minumum qalınlıq, mm

Minumum tətbiq miqdarı

(quru qarışıq), kq/m2

Nəm səthdə

2,00

3,25

Suyun təzyiqi aşağı olan kanalizasiya sistemlərində

2,50

4,06

15 metrdən dərin olmayan su anbarlarında

3,50

5,69

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üstünə qoyula bilməz;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!