az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

"EPOKS 100" Epoksid əsaslı plitə yapışdırıcısı (boz) (Komponent A+ Komponent B)

"EPOKS 100" Epoksid əsaslı plitə yapışdırıcısı (boz) (Komponent A+ Komponent B)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Epoksid qatran əsaslı, keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların yapışdırılmasında istifadə olunan, kimyəvi maddələrə (turşulara) və bakteriyalara qarşı davamlı, rahat istifadə olunan, su ilə təmizlənə bilən, istifadəyə hazır yapışdırıcı məhluludur.

EN 12004-1 standartının R2T sinfinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • hər növ qida istehsalı müəssisələrində, ət və balıq sənayesində, qəssabxanalarda;
  • dərman, boya, kağız, akkumulyator və gübrə sənayesində;
  • mətbəələrdə və camaşırxanalarda;
  • sənaye obyektlərinin mətbəxlərində və yeməkxanalarda;
  • hər növ gigiyenik qaydaların gözlənildiyi xəstəxanalarda;
  • üzgüçülük və termal hovuzlarda;
  • su tullantılarının axıdılması və təmizlənməsi müəssisələrində;
  • piyadaların sıx toplandığı alış-veriş mərkəzlərində, terminallarda və s. yerlərdə;
  • daxili və xarici məkanlardakı beton, suvaq, metal kimi səthlərə keramika, mərmər, qranit, turşuya davamlı keramika, çini keramika, şüşə mozaika və kafel kimi məhsulların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Kimyəvi maddələrə, turşulara, qələvilərə, yağlara, qida və məişət tullantıları sularına, kimyəvi tullantı sularına qarşı davamlıdır;
  • Antibakterial xüsusiyyətə malikdir;
  • Kif, göbələk və bakteriya yaratmır;
  • Mexaniki davamlılığı yüksəkdir;
  • Şaxtaya və istiliyə qarşı davamlıdır;
  • İçməli su ilə təmasda olan yerlərdə istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. Üzlük plitələr yapışdırılacaq beton və digər səthlər möhkəm olmalı və hər növ çirkdən təmizlənməlidir. Metal səthlər isə pasdan və çirkdən tamamilə təmizlənmiş vəziyyətdə olmalıdır.

Qarışığın hazırlanması. İstifadə zamanı EPOKS 100 məhlulunun hər iki komponentini bir-birinə qarışdıraraq eynicinsli tərkib əmələ gələnə qədər 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırın.

TətbiqiEPOKS 100 məhlulunu sement əsaslı keramika yapışdırıcıları kimi tətbiq edin. Məhsulu qarışdırdıqdan sonra müvafiq dişli-daraqlı mala ilə səthə çəkin və daraqlayın. Daraqlanmış səthlərə keramikaları yapışdırı.

Çətin yayılan zəminlərdə və ağır yüklərin yerləşdiriləcəyi məkanlarda yapışdırılma işi aparılacaq sahəyə malanın düz tərəfi ilə məhlulu incə bir qat şəklində yayın, sonra üzərinə yenidən epoksid qatranlı yapışdırıcı yayın və mala ilə daraqlayın. Daraqlı mala ilə məhlulu yaxdıqdan sonra keramikaları sürətlə yapışdırın. Qurumağa başlayan məhlulun üzərinə keramika yapışdırmayın.

Tövsiyələr. EPOKS 100 məhsulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C ÷+200C–dir. Hazır EPOKS 100 qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi boz
Tərkibi:
• A komponenti
• B komponenti
epoksid əsaslı qatran (yapışdırıcı)
epoksid əsaslı sərtləşdirici
Möhkəmlik həddi:
• sıxılmada
• əyilmədə
minimum 45 MPa
minimum 30 MPa
İstifadə müddəti 45 dəqiqə
Açıq şəkildə saxlama müddəti 20 dəqiqə
Qopma müqaviməti > 2,6 N/mm²
Piyadalar üçün istifadəyə verilmə müddəti 7 gündən sonra
Qablaşdırma:
• A komponenti
• B komponenti
5 kq-lıq demir qablarda
0,2 kq-lıq demir qablarda

Sərfiyyat

1 mm qalınlıq üçün təxminən 1,7 kq/m2 təşkil edir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunmaq şərti ilə 12 ay saxlanıla bilər.