az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Prefabrik boru, Daş Yunu

AZWOOL Prefabrik boru, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL mineral daş yunu prefabrik boru – yüksək temperaturlu sənaye və qurğu borularında istilik, səs və yanğın izolyasiyası, proses avadanlıqlarında isə səs və vibrasiya (titrəyiş) izolyasiyası məqsədilə istifadə olunan, örtüksüz və ya alüminium folqa örtüklü daş yunu borulardır.

 

İstifadə sahələri

Bu məhsuldan:
• suvarma və drenaj sistemlərində;
• kanalizasiya və yağış suyu idarəetmə şəbəkələrində;
• sənaye müəssisələrində maye və qaz daşınmasında;
• tikinti və infrastruktur layihələrində su və kanalizasiya xətlərində;
• ictimai və yaşayış binalarında su təchizatı üçün istifadə olunur.

 

Üstünlükləri

• Yüksək dayanıqlılıq və uzunömürlülüyü təmin edir;
• Sürətli və asan montaj imkanı verir;
• Korroziya və kimyəvi təsirlərə qarşı davamlıdır;
• Aşağı texniki xidmət və təmir xərcləri ilə seçilir;
• Dəyişən şəraitə uyğun elastik və möhkəm struktura malikdir;
• Çəkiyə görə yüngül, daşınması və quraşdırılması rahatdır.

 

İstifadə qaydaları
Səthin hazırlanması. Prefabrik boruların istifadəsinə başlamazdan əvvəl montaj sahəsinin
təmiz və hazırlanmış olduğuna əmin olun.
Tətbiqi. Borular, əvvəlcədən ölçülərə uyğun kəsilərək və lazım olduqda əlavə əlaqə elementləri
ilə birləşdirilərək tətbiq edilir. Montaj zamanı boruların düzgün yerləşdirilməsi,
birləşmə nöqtələrinin su sızdırmazlığının təmin olunması vacibdir. Quraşdırma zamanı xüsusi
avadanlıq və ya mexaniki vasitələrdən istifadə olunmalı, boruların deformasiyasının qarşısı
alınmalıdır. İşlər bitdikdən sonra sistemin sızdırmazlığı və funksionallığı yoxlanılmalıdır.

 

Texniki göstəricilər


Sıxlıq, kq/m3 80 | 100
Uzunluq, mm 1200
Diametr, mm 12 | 370
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 25 | 30 | 45
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat

Boru diametrinə və uzunluğuna görə fərqlənir.
1 m uzunluq üçün müvafiq ölçüdə boru istifadə olunur.
Birləşmə elementləri və susızdırmazlıq materialları əlavə sərfiyyat təşkil edir.
Layihə və tətbiq sahəsinə görə ehtiyat payı 5–10% nəzərə alınmalıdır.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.