az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FİLKRET 500" Quru beton təmiri üçün qarışıq

"FİLKRET 500" Quru beton təmiri üçün qarışıq

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Filkret 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik quru betonun təmiri üçün qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • quru beton səthlərin təmirində və suvanmasında;
  • divar və tavanların suvanması və təmiri zamanı kənar künclərin düzəldilməsində;
  • keramika və kafel örtüyü döşənməzdən əvvəl hamar səthlərin bərpasında istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır və asan şəkildə tətbiq edilir;
  • beton və suvaqlı səthlərdə yüksək səviyyədə yapışma qabiliyyəti yaradir;
  • geniş səthlərə asan şəkildə tətbiq edilir;
  • çatlar əmələ gəlmir;
  • yüksək tiksotropik xüsusiyyətə malikdir;
  • suya və rütubətli hava şəraitlərinə, şaxtaya və istiyə qarşı davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Təmir ediləcək sement əsaslı səthlər möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından, dəmir və taxta parçalarından tamamilə təmizlənməli və 4 sm-lik dərinliyə qədər olan boşluqlar MATON 200 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsul ilə doldurulmalıdır. Qarışığın tətbiq ediləcəyi səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.

Qarışığın hazırlanması. Ölçü cihazı vasitəsi ilə müvafiq miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Filkret 500 əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər 4 dəqiqə qarışdırın. Təqribən 4 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

Filkret 500

1 kq-lıq toz üçün

25 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə

tutulmuş su miqdarı

0,22 litr

5, 5 litr

İstifadəyə hazır məhlulun sıxlığı

1, 8 kq/litr

Tətbiqi. Hazırlanan qarışıq 1-5 mm qalınlıqda olmaqla mala vasitəsilə səthə çəkin. Qarışıq suyu çəkənə qədər gözləyin, səthə çəkilən qarışığın üzərinə suvaq fırçası ilə su səpin. Sonra isə polad və ya taxta malanın köməyi ilə səthi istənilən şəkildə düzəldin. Filkret 400 məhsulu açıq havada, açıq geniş səthlərdə, xüsusi ilə isti, quru və küləkli mühitdə tətbiq edildikdə 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhlulu ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş Filkret 500 materialı +200C temperaturda 30 dəqiqə ərzində tətbiq olunmalıdır. Bu müddət +320C temperatur üçün 20 dəqiqədir. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya surəti ətraf mühitin və istiliyin, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir və nəticədə məhsulun istifadə müddəti artır. Yüksək hərarət isə hidrotasiyanı sürətləndirir, nəticədə bununla əlaqədar yuxarıda qeyd olunan müddət azalır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu nəzərdə tutulan minumum həddən az olmamalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidirlər.

Texniki xüsusiyyətləri

Rəngi

boz

İstifadə temperaturu

+5ºC ÷+32ºC

İstifadə müddəti

  • +20ºC temperaturda

 

30 dəqiqə

Möhkəmlik həddi:

  • əyilmədə (28 gündən sonra)
  • sıxılmada (28 gündən sonra)

 

>3 N/mm2
>15 N/mm2

Qopma müqaviməti

  • 28 gündən sonra

 

>1,0 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

5 mm
20 mm

Tam bərkimə müddəti

28 gündən sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1 ,48 kq/mqarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orijinal kisələrdə, sərin və quru yerdə, donmadan qorunmaqla 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir–birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdə müvafiq saxlanma şəraitlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • təmir qarışığı tətbiq edildiyi zaman iş və işçinin sağlamlığı qaydalarına müvafiq olaraq iş paltarlarından, qoruycu əlcək, eynək və maskadan istifadə edin;
  • bərkiməmiş vasitənin zərərli təsirlərindən qorunmaq üçün dəriyə və gözə təmas etdiyi halda bol su və sabunla yuyun;
  • udulduğu zaman həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!