az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATANAT A" HYBRID keramika yapışdırıcısı (boz)

"MATANAT A" HYBRID keramika yapışdırıcısı (boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, hibrid və nano texnologiyalı, kombinasiyalı polimerləşdirilmiş, birkomponentli, boz rəngli keramika yapışdırıcısıdır.

EN 12004-1 standartının C1TE sinfinin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • daxili və xarici məkanlarda;
  • kiçik və orta ölçülü üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Rahat hazırlanır və tətbiq olunur;
  • Şaquli və üfüqi səthlərdə sürüşmə ehtimalı yoxdur;
  • Yuxarıdan aşağıya doğru keramika, şüşə mozaika, şüşə bloklar və digər üzlük plitələri yapışdırmaq mümkündür;
  • Şaxtaya və istiliyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5–6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya digər oxşar məhsulla doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli, ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması

25 kg-lıq quru qarışığı əhmalcə 6,0 – 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3–5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi

Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqı tərəfi ilə daralayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinə edilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur.

Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, o zaman onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr

“Matanat A” HYBRID keramika yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti, yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramika istifadə edəcəksinizsə, plitələri tətbiqdən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yapışdırıcı əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

 

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5° C - +30° C
Su/quru qarışıq 2,4–2,6 litr su / 10 kq quru qarışıq
6,0–6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı:
• divarda
• döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qat kraft kağızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə
 EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥30 dəqiqə 30–40 dəqiqə
Sürüşmə <0,5 mm 0
Qopma müqaviməti >0,5 N/mm² 1–1,5 N/mm²

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın təsviri və dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
<25 sm² 3 1–2
25–100 sm² 4 2–3
100–600 sm² 6 3–4
600–1800 sm² 8 4–5
1800 sm² 10 5–6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la):

“Matanat A” HYBRID keramika yapışdırıcısı (boz) (kq)1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²)Qarışdırılacaq suyun miqdarı (litr) — 25 kq üçünDaraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
25 1,28 6–6,5 3 mm
1,3 kq
4 mm
2,6 kq
6 mm
3,9 kq
8 mm
5,1 kq
10 mm
6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • yapışdırıcının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!