az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"AĞDAĞ Astar" gips və perlit əsaslı astar şpatklyovkası (alçı)

"AĞDAĞ Astar" gips və perlit əsaslı astar şpatklyovkası (alçı)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır. AZS 052 (TS 6433) standartına uyğundur.

İstifadə sahələri

Bu astar suvağından:

  • binaların daxilində beton, qazbeton, mişar daşı, kərpic, briket (preslənmiş kömur, torf və s.) və digər materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində;
  • sənaye və mülki tikililərin, mehmanxanaların, xəstəxanaların və villaların daxili divarlarında istifadə olunur.

Üstünlükləri

  • ekoloji baxımdan təmiz, insan orqanizminə ziyan verməyən təbii gips əsaslı məhsuldur;
  • hazırlanması sadədir;
  • PVA yapışqanları və digər əlavələr qatılmır;
  • yüksək yapışma xüsusiyyətinə malikdir;
  • istifadə zamanı yerə tökülmür;
  • rahat işlənir və ustaya zövq verir;
  • çatlamır, möhkəm və elastikdir;
  • istilik və səs izolyasiya xüsusiyyətinə malikdir;
  • divarlar nəfəs alır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret 300 və ya 400 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli və ya Binmader astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 10 kq-lıq quru qarışığı 6,0-6,5 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda hissəciklər tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Astar hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin.

Tətbiqi. Hazır AĞDAĞ astar suvağını sement və qum əsaslı suvaqla suvanmış səthə vurun. Astar suvağı səthə ən azı 3-5 mm qalınlığında çəkin. Səthin tipindən asılı olaraq AĞDAĞ astar suvağının sərfi dəyişə bilər. Astar suvağın vurulma mərhələsi bitəndən 24 saat sonra üzlük şpatklyovkadan hazırlanmış qarışıq səthə çəkilə bilərAĞDAĞ astar suvağı 100-120 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.

Tövsiyələr. Astar suvaq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlanmasında istifadə olunan bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək lazımdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50C ÷+300C

Minimum tətbiq qalınlığı

3 mm

İstifadə müddəti

100 - 120 dəqiqə

Bərkimə müddəti

200 - 220 dəqiqə

Su/gips nisbəti

6,0-6,5 litr su /10 kq gips

Quruma müddəti

təqribən 2-3 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

1,7 MPa

3,8 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,7 kq/ litr

1,5 kq/ litr

Səthin müqaviməti

50 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

3-5 mm qalınlığında hamar səth almaq üçün 3-5 kq AĞDAĞ astar məhsulu sərf olunur. 1 kisə AĞDAĞ astar məhsulu 6-10 m2 sahəyə sərf olunur.

Saxlanma müddəti və qaydası

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə, qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • astar alçıya sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!