az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MA LATEX" Yapışma müqavimətini və elastikliyi artıran hidroizolyasiya qarışığı

"MA LATEX" Yapışma müqavimətini və elastikliyi artıran hidroizolyasiya qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Emulsiya polimeri əsaslı, mexaniki möhkəmliyi, elastikliyi, yapışma gücünü, sukeçirməzliyi artıran, çatlamanın və aşınmanın qarşısını alan maddələri özündə əks etdirən, istifadəyə hazır məhsuldur.

İstifadə sahələri

Bu hidroizolyasiya qarışığından:

  • sement əsaslı betonun;
  • suvağın;
  • döşəmə suvağının;
  • MATON və Filkret qarışıqlarının mexaniki möhkəmliyinin, elastikliyinin, yapışma gücünün və sukeçirməzliyinin artırmasında;
  • çatlamanın və aşınmanın qarşısının alınmasında istifadə olunur.

Üstünlükləri

  • qopub-tökülmə hallarına və sonradan çatların əmələ gəlməsinə yol vermir;
  • məhsuldarlığı artırır;
  • materialların sərfinə qənaət edir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir.

Qarışığın hazırlanması. MA Latex məhlulunu istifadədən əvvəl çalxalayın. Səthin su keçirməzliyini təmin etmək üçün suvaq-hörgü qarışıqlarına MA Latex hidroizolyasiya məhlulunu su ilə 1/1- 1/4 (MA Latex/su ) nisbətində qarışdırın. Çatların və sukeçmənin qarşısını almaq üçün kafel-metlax yapışdırıcılarına, təmir harcı və s. qarışıqlara MA Latex hidroizolyasiya məhlulunu su ilə 1/1-1/4 (MA Latex/su) nisbətində qatın.

Tətbiqi. Hazırlanmış qarışığı təlimata uyğun formada istifadə edin.

Texniki göstəricilər

Görünüşü

ağ rəngli maye

İstifadə temperaturu

+50C - +320C

Qarışığın sərfi: MA Latex / su

1/1; 1/4

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

Sement əsaslı məhsullarda 150 qr/m2 istifadə olunur.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!