az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PARMAWOOD" parket və taxta yapışqanı

"PARMAWOOD" parket və taxta yapışqanı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Sintetik qətran əsaslı, iki komponentli parket yapışdırıcısıdır.

İstifadə sahələri

Daxili məkanlarda, hətta isti döşəmələrdə hər cür ölçüdə olan parket (böyük ölçülü massiv parket lövhələr, kiçik ölçülü parketlər və s.), laminat və ağac yer örtüklərinin yapışdırılmasında istifadə edilir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth hamar, təmiz, tozsuz və quru olmalıdır. Səthdə çatlamış yerlər olmamalıdır.

Tətbiqi. İstifadədən qabaq sərtləşdirici -B komponenti, A komponentinin üzərinə boşaldılmalı, aşağı dövriyyəli mikserlə məhsul bircinsli olana qədər qarışdırılmalıdır. Sonra məhsul parketin ölçüsünə uyğun olaraq müəyyən edilmiş dişli mala ilə səthə daraq şəkilində yayılır. Parket səthə ehtiyatla yapışdırılır və üstündən plastik çəkiclə yüngülcə bərabər şəkildə döyəclənir. Divarla parket arasında 1-1.5 sm-lik məsafə saxlanılmalıdır. Diqqət: Qarışdırma zamanı vedrənin divarlarında və dibində olan məhsul tam qarışmalıdır. Əks halda yaxşı qarışdırılmamış məhsul sərtləşə bilməz, bu da parketin tam yapışmasına mane olar.

Tövsiyələr. Məhsul hazırlandıqdan sonra ilk 30 dəqiqə müddətində səthə çəkmək  və 40-60 dəqiqə müddətində isə parket yapışdırmaq olar. İstifadə zamanı,mühitin temperaturu 18-25°C və nəmişliyi 65%-dən yuxarı olmamalıdır. Çünki çox isti və çox soyuq temperatur sərtləşmə müddətinə mənfi təsir edə bilər. Soyuq havalarda istifadə zamanı məhsulu 20-25 °C otaq temperaturu halına gətirib sonra istifadə etmək lazımdır. Məhsula qətiyyən solvent qatmaq olmaz. Qatılaşmış məhsulu qətiyyən istifadə etmək olmaz. Qapagı açılmış B komponentini təkrar istifadə etmək olmaz.24 saatdan sonra səth üzərində sonrakı işləri görmək olar. İstifadə vasitələrini yaş halda sellülozik tinerlə, 1-1.5 saat ərzində isə mexaniki yolla asan təmizləmək olar.

Texniki göstəricilər

Rəngi

bej rəngdə pasta

Tərkibi

poliüretan əsaslı

Sıxlığı

(A+B)- 1.5 kq/l

Yapışma müqaviməti

≥ 0.5 N/mm²

Çəkisi

komponent A           8.86 kq

komponent B          1.14 kq

İstifadə temperaturu

+15°C-dən +25°C-yə qədər

Qablaşdırma

10 kq-lıq  plastik vedrə və 1 kq-lıq plastik 

qablarda

 

Sərfiyyat

1000-1200 qr /m²

(Daraqlı malanın B11 diş ölcüsünə uyğun)

Saxlama müddəti və qaydası

Quru və sərin,yerdə,10-20°C temperaturda bir il 

Xəbərdarlıqlar

Məhsul gözə və ağıza düşdükdə dərhal bol su ilə yumaq lazımdır. Tətbiqi zamanı texniki təhlükəsizlik vasitələrindən (əlcək ,eynək və s.) istifadə edin.

Zəmanət və texniki dəstək

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna  olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət  A" şirkəti məsuliyyət daşımır.