az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FLOTON" 2100 K soyuq hava şəraitində istifadə olunan beton qatqısı

"FLOTON" 2100 K soyuq hava şəraitində istifadə olunan beton qatqısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

FLOTON 2100 K naftalin sulfonat əsaslı, betona Reoplastik xüsusiyyət verərək betonun ilkin və yekun müddətdə müqavimətlərini artıran, yüksək miqdarda suazaldıcı, super plastifikatorlu (axıcı) beton qatqısıdır. Uyğunluq kodu: 04.613/1-A3 AZS 221-2006 (TS EN 934-2) Cədvəl 3.1 və 3.2:  Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısı” ASTM C 494 Tip F: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

 

Bu beton qatqısı

  • nasoslu və nasossuz istifadə üçün nəzərdə tutulan beton istehsalında;
  • sıx armaturlaşdırılaraq möhkəmləndirlmiş konstruksiyalara asan qaydada yerləşdirilə bilən Reoplastik beton istehsalında;
  • aşağı temperatur şəraitində beton tökmələrində istifadə olunur.

Üstünlükləri

  • qatqısız betona nisbətən su miqdarını ən azı 12% azaldır;
  • qatqısız betona nisbətən eyni istifadə imkanı ilə daha az su/ sement nisbətində və ya eyni su/sement nisbətində yüksək istifadə keyfiyyəti və asan nasoslanmanı təmin edir;
  • qatqısız betona nisbətən ilk və son möhkəmliyi artırır;
  • qatqısız betona nisbətən qəlib və haşiyəli səthlərdə asan yayılmanı təmin edir;
  • betonun keçirməzliyini və dayanıqlığını artırır, dartılma və sıxılmanı azaldır və betonun digər mexaniki parametrlərini yaxşılaşdırır;
  • sıx armaturlaşdırılmış dəmir-beton konstruksiyalarda daha az vibrasiya (titrəmə) ilə betonun asanlıqla yerləşməsini təmin edir;
  • təkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə FLOTON 2100 K-nı qarışığa əlavə edin. FLOTON 2100 K-nın qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Kimyəvi qatqıların işləmə prinsipi. Qatqılar əsasən yapışdırıcı ilə reaksiyaya girir. Qatqı betona əlavə olunduğu halda yapışdırıcı dənəcikləri tərəfindən sorulur (absorbsiya olunur). Yapışdırıcı dənəciklər elektrostatik qüvvə ilə bir-birini itələyir. Beləliklə, istənilən istifadə imkanı daha az su miqdarı ilə təmin olunur. Qatqı suyunun azalmasına mütənasib olaraq betonun mexaniki möhkəmliyi artır.

Digər qatqı materialları ilə uyğunlaşması. FLOTON 2100 K aşağıda göstərilən materiallarla birgə birlikdə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • öz-özünə yerləşən betonun alınmasına ehtiyacın yarandığı hallarda mineral yapışdırıcı maddələrlə (kvars qumu, vulkan külü və şlak);
  • donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tiplinəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • tikinti aparılan sahədə betonun qatılığını artırmaq üçün FLOTON 2100 Kbeton qatqısı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla.

Texniki göstəricilər

Maddənin quruluşu

naftalin sulfonat əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,15-1,21 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<3,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar

Sərfiyyat

FLOTON 2100 K sement kütləsinin 0,8-1,4 %-i miqdarında əlavə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış FLOTON 2100 K mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • qarışığın içindəki qatqı miqdarı qarışıqdakı sement və ikinci dərəcəli yapışdırıcıların (kvars qumu, vulkan külü, şlak) cəminin qatqı maddəsinin miqdarına vurulması ilə hesablanır;
  • tövsiyə olunan istifadə miqdarı intervalından daha artıq məhsuldan istifadə olunduğu təqdirdə qarışığın bərkimə (sərtləşmə) müddətləri uzana bilər. Belə hallarda qəlib alma müddətində dəmir-beton konstruksiyaların sərtləşdirilməsi təmin olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!