az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"AZERLIME" Söndürülmüş əhəng

"AZERLIME" Söndürülmüş əhəng

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Əhəng daşının lazımı temperaturda termiki parçalanmasından alınan sönməmiş əhəngin xüsusi qurğularda su vasitəsilə söndürülməsi nəticəsində əldə edilən söndürülmüş əhəng məhsuludur.

 

ÜSTÜNLÜKLƏRİ

Rahat hazırlanır və istifadə olunur;

Təbii əhəngdaşının bişirilməsindən alınan məhsul olduğundan insan orqanizminə heç bir ziyanı yoxdur;

Divarlar əhəng qarışığı ilə hörüldükdə və suvandıqda otaqlar nəfəs alır;

Ekoloji baxımdan təmiz və faydalıdır;

AZERLIME əhənginin digərlərindən əsas üstünlüyü onun aktivliyinin 80%-dən az olmamasıdır.

 

İSTİFADƏ SAHƏLƏRİ

sosial və mülki tikililərdə;

binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində.  

 

İSTİFADƏ QAYDALARI

Yağlı əhəng qarışığı: 7 kisə əhəngi və 160 litr suyu 1 m3 qum ilə qarışdırın və 3-5 dəqiqə gözləyin;

Müqavimətli qarışıq: 7 kisə əhəngi və 120 litr suyu 1 m3 qum ilə qarışdırın. 2 saatdan sonra 3-4 kisə sement və 80 litr su əlavə edərək yenidən qarışdırın;

Sulu əhəng qarışığı: 1 kisə əhəngi 120 litr su ilə qarışdırmaqla əhəng məhlulu hazırlayın.

 

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Rəngi                                        ağ

İstifadə temperaturu                  +5 °C ÷ +30 °C

Aktiv CaO                                 >85% 

Cəm CaO + MgO                       >90%

Al2O3 + Fe2O3                         <2,5%

 

SAXLАМА МÜDDƏTİ VƏ QAYDASI

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər.

 

XƏBƏRDARLIQLAR

AZERLIME qarşığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;

Söndürülmüş əhəngə əlavə olaraq heç bir kimyəvi maddə qatmayın;

Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda saxlayın;

Yuxarıdakı göstəricilər +230C  ± 20C tempuratur və 50% ± 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

 

ZƏMANƏT  VƏ  TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;

“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;

Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;

Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!