az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"Ak Deniz" saten alçısı

"Ak Deniz" saten alçısı

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat  üzlük suvaq qarışığıdır.

AZS 046 (TS 370) standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

  • binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi;
  • beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, astar suvaq ilə suvanmış səthlərdə, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə  olunur.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Üzlük çəkilməzdən əvvəl səth astar suvaq ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya ROKOL astarla və ya standartlara uyğun digər məhsulla nəmləndirilməlidir.

Qarışığın hazırlanması. 10 kq-lıq AKDENİZ SATEN-məhsulunu 6,5-7,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi xüsusi qarışdırıcı  və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.  

Tətbiqi.Hazır AKDENİZ SATEN qarışığını astar suvaq ilə  suvanmış divar səthinə,tavana və gips lövhələrinin üzərinə mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.

Tövsiyələr. Üzlük qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq  məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.

TEXNİKİ GÖSTƏRİCİLƏR

 

Rəngi

ağ 

İstifadə temperaturu

+50C ÷ +300C

Minimum tətbiq qalınlığı

1 mm

İstifadə müddəti

130-150 dəqiqə

Donma (bərkimə) müddəti

300-320 dəqiqə

Su/gips nisbəti

6,5 -7,0 litr su /10 kq gips

Quruma müddəti

təqribən  2 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

2,4 MPa

4,7 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,72 kq/ litr

1,5 kq/ litr

Səthin möhkəmliyi

57 Shore D

Sərfiyyat

1 kq/m2 (1 mm qalınlıq üçün)

Saxlanma müddəti

6 ay

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə,   2 və ya 3 qatı kraft kağızı  və 1 qatı polietilendən ibarət 25 kq-lıq  kisələrdə

 

XƏBƏRDARLIQLAR

  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • məhsula sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C  temperatur və  50% + 5%  rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur.  Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.