az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Soba lövhəsi, Daş Yunu

AZWOOL Soba lövhəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL Soba Lövhəsi - elektrikli məişət sobalarında, sənaye tipli sobalarda və boya sobalarında istiliyin qorunması məqsədilə istifadə olunan, istehsalçının tələbinə uyğun olaraq müxtəlif ölçülərdə və istifadə sahələrinə əsasən bakalitli və ya bakalitsiz formada istehsal edilə bilən daş yunu lövhələrdir.

 

İstifadə sahələri

Bu məhsuldan:
• sənaye tipli soba və fırınların istilik izolyasiyasında;
• metal və keramika emalı zavodlarında istiliyə davamlı örtüklərdə;
• yüksək temperaturda çalışan boru və kanalların izolyasiyasında;
• qazanxanalar və istilik kameralarında;
• enerji və neft-kimya sənayesində istilik qoruyucu təbəqə kimi;
• fırın qapıları və yan divar izolyasiyasında;
• yüksək temperatur tələb edən laboratoriya avadanlıqlarında istifadə olunur.

Üstünlükləri


-Yüksək temperatura davamlıdır (750°C və daha yüksək);
-A1 yanğın sinfi – yanmaz və alov yaymır;
-Effektiv istilik izolyasiyası – enerji itkisini azaldır;
-Kimyəvi maddələrə qarşı davamlıdır;
-Formasını və xüsusiyyətlərini itirmir – uzunömürlüdür;

-Asan tətbiq olunur – kəsilməsi və yerləşdirilməsi rahatdır;

-Səs izolyasiyası xüsusiyyəti vardır – səs uducu təsir göstərir;
-Ekoloji cəhətdən təhlükəsizdir – zərərli maddə yaymır.

 

İstifadə qaydaları

Səthin hazırlanması. Lövhənin tətbiqinə başlamazdan əvvəl səth tamamilə təmiz, quru və
yağsız vəziyyətdə olmalıdır.

Tətbiqi. Lövhələr ehtiyac duyulan ölçüyə uyğun şəkildə mişar və ya kəskin bıçaqla asanlıqla kəsilir. Kəsilmiş parçalar izolyasiya olunacaq səthə boşluq qalmadan, sıx şəkildə yerləşdirilməlidir. Bərkidilmə prosesi üçün istiliyədavamlı tel, spiral və ya uyğun yapışqan materiallardan istifadə olunur. Əgər lövhə folqa örtüklüdürsə, folqalı tərəf istilik mənbəyinə doğru baxmalıdır ki, istiliyin əks olunması təmin edilsin. Lövhəlar arasında qalan birləşmə yerləri və boşluqlar xüsusi izolyasiya bandı ilə bağlanmalı, istilik sızmasının qarşısı alınmalıdır. Tətbiq zamanı bütün təhlükəsizlik qaydalarına əməl edilməli və fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır. 

Texniki göstəricilər


Sıxlıq, kq/m3 30 | 40 | 50
Uzunluq, mm 1200
Eni, mm 600
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 30 | 40 | 50
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat 

Ölçü: 600 × 1200 mm (1 ədəd = 0.72 m²).
1 bağlama: Qalınlıqdan asılı olaraq ~5–7.2 m².
Orta sərfiyyat: 1 m² sahə üçün ~1.4 ədəd lövhə.
Tövsiyə olunur: 5–10% artıq material nəzərdə tutulsun.

 

Saxlama müddəti qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.