az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FLOTON" PS 2025 istehsalın məhsuldarlığını artıran beton qatqısı

"FLOTON" PS 2025 istehsalın məhsuldarlığını artıran beton qatqısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

FLOTON PS 2025 - polikarboksilli efir əsaslı, yüksək miqdarda suazaldıcı, vaxtından əvvəl və son müqavimət davamlılığına ehtiyac olan hazır beton, həmçinin zavod istehsalı olan prekast beton sənayesi üçün təkmilləşdirilmiş super plastifikatorlu (axıcı) beton qatqısıdır. AZS 221-2006 (TS EN 934-2) Cədvəl 3.1, 3.2 və Cədvəl 7: “Yüksək miqdarda suazaldıcı, super plastifikatorlu (axıcı) və sərtləşməni sürətləndirən beton qatqısı” ASTM C 494 Tip F: “Yüksək miqdarda suazaldıcı və super plastifikatorlu (axıcı) beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • prekast və prefabrik beton istehsalında;
  • 18-24 saat və 28 gün ərzində yüksək müqavimət əldə olunan beton istehsalında;
  • izolyasiyasız, axıcı qatılığa malik Reoplastik prekast beton konstruksiyalar istehsalında istifadə olunur.

Üstünlükləri

  • ənənəvi superplastifikatorlarla (NSM və ya MSM) müqayisədə istifadə olunan betonun ilkin və son möhkəmliyini, çəkmə müqavimətini, polada yapışmasını, həmçinin keçirməzliyini və dayanıqlığını artırır;
  • betonun karbonatlaşmaya və xlor ionlarına qarşı müqavimətini, aqressiv kimyəvi maddələrə qarşı davamlılığını, soyuyarkən betonun sıxılma və dartılma kimi mexaniki xüsusiyyətlərini yaxşılaşdırır;
  • əlavəsiz betonla müqayisədə aşağı su/sement nisbətində istismar parametrlərini saxlamaqla ayrılma (hissələrə parçalanma) və qopma riski az olan Reoplastik beton əldə olunur;
  • istehsal məhsuldarlığını artırır;
  • qəlibli betonlarda ayrılma olmadan düz və hamar səthli bitişmə əldə edilir.
  • təkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə FLOTON PS 2025-i qarışığa əlavə edin. FLOTON PS 2025-in qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Super plastifikatorların kimyəvi mexanizmi. FLOTON PS 2025-in xüsusi molekul quruluşu sementin hidratlaşmasını sürətləndirir. FLOTON PS 2025 molekulunun sement dənəcikləri üzərinə sürətli absorbsiyası (sorulması) effektiv dağılma təsiri ilə birlikdə sement dənəciklərinin səthini genişlədərək su ilə reaksiyasına kömək edir. Bu təsirin nəticəsində vaxtından əvvəl hidratlaşma prosesi baş verir və sementdə yüksək möhkəmliyin əldə olunması təmin olunur.

Digər qatqı materialları ilə uyğunlaşması. FLOTON PS 2025 aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • yüksək miqdarda yapışdırıcı maddənin istifadə olunmasına ehtiyac yarandığı hallarda kvars qumu, vulkan külü və şlakla;
  • donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • FLOTON PS 2025 məhsulunun FLOTON(NSM əsaslı) seriyasından olan super plastifikatorlarla birlikdə istifadəsi tövsiyə olunmur.

Texniki göstəricilər

Maddənin quruluşu

polikarboksilli efir əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,023-1,063 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<3,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

FLOTON PS 2025 sement kütləsinin 1,2-1,8 % miqdarında istifadə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırmada mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa olaraq sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qablaşdırmaların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulunn allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • FLOTON seriyasından (NSM əsaslı) olan qatqılarla birgə istifadə etməyin;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • FLOTON PS 2025 -in +15C-dən aşağı temperaturlarda istifadə olunması hallarında sərtləşmə şərtləri daxilində (temperatur və müddət) və sementin miqdarında lazımi tədbirlərin görülməsi acibdir;
  • FLOTON PS 2025 -in istifadə keyfiyyəti başqa kateqoriyadan olan qatqılara qarışdırıldığı halda aşağı düşür. Bu səbəbdən də saxlanma və qarışdırma ləvazimatları təmizləndikdən sonra istifadə olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!