az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" silikon boya

Məhsul haqqında

Akrilik sopolimer silikon emulsiya əsaslı, yüksək keyfiyyətli, uzunömürlü xarici səth boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • binaların xarici hissələrində beton, suvaq, metal və digər səthlərə uyğun astar vurulduqdan sonra;
  • lazım gəldikdə daxili səthlərdə istifadə olunur.

Üstünlükləri

  • istifadə olunduğu səthə mükəmməl şəkildə yapışır;
  • suyu dəf etmə xüsusiyyəti sayəsində tikililərin daxilinə yağış sularının sızmasının qarşısını alır;
  • çatlamır və qopmur;
  • yağışa, nəmə və günəş şüalarının təsirinə davamlıdır;
  • dəniz sahillərindəki tikililərdə duzlu suların mənfi təsirlərinə qarşı dözümlüdür;
  • rəngi solmur.

İstifadə qaydaları

Səthin hazırlanması. ROKOL Silikon boyasını istifadə etməzdən əvvəl qabarmış, boş və möhkəm olmayan səthlər qaşınmalı, səth yapışmağa mane olan yağ, pas və digər qalıqlardan təmizlənməlidir. İstifadədən əvvəl səth silikonlu astar ilə astarlanmalıdır. Lazım gəldikdə səthdəki çuxur və çatlar F-Pas fasad pastası və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla suvanmalıdır.

Tətbiqi. İstifadə zamanı birinci qatda 4 həcm boyanı 2 həcm su ilə, ikinci qatda isə 4 həcm boyanı 1 həcm su ilə incəldərək (durulaşdıraraq) fırça və ya vərdənə ilə səthə 2 qat vurun. Qatlar arasında 1 saat gözləyin. İstifadə vaxtı səthin temperaturu +5°C-dən yuxarı, mühitin rütubəti isə 80%-dən aşağı olmalıdır. Yeni suvanmış səthlərdə ROKOL Silikon boyanın istifadəsi üçün 21 gün gözlənilməlidir.

Texniki göstəricilər

Tərkibi

akrilik sopolimer silikon emulsiya əsaslı

Rəngi

Quru qalıq

64%±1%

Sıxlığı:
+20°C temperaturda


1,56±0,01 q/ml

Quruma müddəti (+25°C temperaturda):
-ilk
-son


1-2 saatdan sonra
24 saatdan sonra

Parlaqlığı (600 Gardner)

7±1

Qablaşdırma

10 və 25 kq-lıq plastik qablarda

Sərfiyyat

1 m2 sahənin boyanması üçün 150-175 qram boya istifadə olunur.

Saxlama müddəti və qaydası

Birbaşa günəş şüaları düşməyən yerlərdə, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə, donmadan qorumaqla, orijinal qablarda, ağzı qapalı şəraitdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • oddan qoruyun;
  • boya buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!