az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Kamin Lövhəsi, Daş Yunu

AZWOOL Kamin Lövhəsi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL Kamin Lövhəsi - kaminlərin daxili hissələrində tətbiq olunan, çox yüksək temperatura davamlı, örtüksüz və ya alüminium folqa ilə örtülmüş daş yunu lövhələrdir.

 

İstifadə sahələri

Bu məhsuldan:

• kaminlərin daxili və ətraf izolyasiyasında;

• bacaların istilik və yanğın izolyasiyasında;

• yüksək temperaturla işləyən divar və tavan səthlərinin qorunmasında;

• mətbəx sobası və istilik sistemlərinin arxa tərəfində;

• dekorativ kamin quruluşlarında istilik izolyasiya təbəqəsi kimi istifadə olunur.

 

Üstünlükləri


• Yüksək temperaturda formalaşma və əyilmə göstərmir, stabil strukturunu qoruyur;
• Qısa müddətdə istiliyi udaraq istilik yayılmasının qarşısını alır;
• Kamin və baca yaxınlığında təhlükəsiz istifadəüçün xüsusi hazırlanmışdır;
• İncə qalınlıqlı olmasına baxmayaraq yüksək izolyasiya qabiliyyətinə malikdir;
• Dekorativ və dar sahələr üçün kəsilməsi və formalaşdırılması son dərəcə asandır;
• Daxili mühitə zərərli qaz və hissəcik yaymır– yaşayış məkanları üçün tam uyğundur;
• Montajdan sonra əlavə müdaxiləyə ehtiyac olmadan uzunmüddətli istifadəni təmin edir.

 

İstifadə qaydaları


Səthin hazırlanması. Lövhənin tətbiqinə başlamazdan əvvəl səth tamamilə təmiz, quru və
yağsız olmalıdır.


Tətbiqi. Lövhələr istənilən ölçü və formaya uyğun şəkildə bıçaq və ya mişar vasitəsilə kəsilə bilər. Kəsilmiş parçalar istilik mənbəyinə yaxın olan sahələrə sıx şəkildə yerləşdirilməli və boşluq saxlanmamalıdır. Bərkidilmə prosesi üçün istiliyədavamlı yapışqan, spiral tel və ya mexaniki bağlayıcılardan istifadə olunur. Əgər lövhə folqalıdırsa, folqa tərəfi istilik qaynağına doğru yönəldilməlidir ki, istiliyin əks olunması təmin olunsun. Lövhələr arasında qalan birləşmələr izolyasiya bandı ilə örtülməli, istilik sızmasının qarşısı alınmalıdır. Tətbiq zamanı təhlükəsizlik qaydalarına riayət olunmalı və fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.

 

Texniki göstəricilər


Sıxlıq kq/m3 90
Uzunluq, mm 1200
Eni, mm 600
İstilik keçiricilik, Vt/mK max 0,037
Qalınlıq, mm 20 | 25 | 30
Yanğına qarşı davamlılıq A1 sinifli
Qısa müddətli su udma, kq/m² ≤1
Uzun müddətli su udma, kq/m² ≤3

 

Sərfiyyat

Ölçü: 600 × 1200 mm (1 ədəd = 0.72 m²).
Orta sərfiyyat: 1 m² üçün 1.4 lövhə.
Ehtiyat payı: 5–10% əlavə material tövsiyə olunur.

 

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.