az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" plus

Məhsul haqqında

Akrilik sopolimer əsaslı, yüksək yapışma gücünə malik, çatlamayan, yuyula bilən, yüksək örtmə qabliyyətli, ətraf mühit üçün zərərsiz və qoxusuz daxili səth boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • beton, gips, suvaq və uyğun astarla astarlanmış daxili səthlərdə istifadə olunur.

Üstünlükləri

  • yüksək yapışma gücünə malikdir;
  • çatlamır;
  • asan yuyulur;
  • ətraf mühit üçün zərərsizdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Boyanacaq səthlər yağ, pas, parafin və s. kimi yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir. Səth BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul ilə astarlanmalıdır.

Tətbiqi. Birinci qatda boyanın 20%-i, ikinci qatda isə 15%-i qədər su ilə incəldilərək (durulaşdıraraq) fırça və ya vərdənə ilə səthə çəkilməlidir. İstifadə vaxtı temperatur +50C-dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.

Texniki göstəricilər

Məhsulun quruluşu

akrilik sopolimer əsaslı

Quru qalığı

69%

Sıxlığı

1,64 kq/litr

Tam quruma müddəti

24 saatdan sonar

Qablaşdırma

3,5; 10,0 və 25,0 kq-lıq dəmir qablarda

Sərfiyyatı

1 msəthə 125-150 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru şəraitdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan təhlükəlidir.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!