az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL Ventilasiya Lövhəsi - Xarici Məkanlar Üçün Istilik Və Səs Izolyasiyasi, Daş Yunu

AZWOOL Ventilasiya Lövhəsi - Xarici Məkanlar Üçün Istilik Və Səs Izolyasiyasi, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL ventilyasiya lövhəsi - dağ süxurlarından (bazalt) hazırlanmış yanmayan, su itələyici (hidrofob) daş yunu izolyasiya məhsuludur.

Istifadə sahələri

Bu məhsuldan:

  • ventilyasiya olunan asma fasadlarda;
  • yüngül örtüklər, arakəsmələr, divar və döşəmələrdə; &bull
  • asma tavan konstruksiyalarında effektiv istilik və səs izolyasiyasını təmin edir;-

Üstünlükləri

  • Yüksək istilik saxlama qabiliyyətinə malikdir;
  • Yanğına qarşı təhlükəsizdir;
  • Deformasiyaya qarşı yüksək davamlıdır;
  • Qısamüddətli nəmliliyə qarşı yüksək dözümlüdür;
  • Yaxşı buxarkeçiriciliyə malikdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Divar səthi quru, təmiz və düz olmalıdır. Qabarıq səthlər təmizlənməli, çatlar və oyuqlar uyğun materiallarla doldurulmalıdır. Bina elementləri (pəncərə çərçivəsi, su axıdan hissələr və s.) hazır vəziyyətdə olmalıdır.

Tətbiqi. Əgər ikiqat sistem istifadə olunursa, birinci qatda daha az sıxlıqlı AZWOOL akustik ola bilər. Plitələr profillərin içərisinə sıx formada yerləşdirilir. İkinci qat (AZWOOL ventilyasiya lövhəsi) daha sıx və möhkəm olur — bu qat fasad örtüyünə yaxın yerləşir. Plitələr arasında boşluq buraxılmamalıdır. Lövhələr “kərpicvari” üsulla montaj edilməlidir ki, kəsişmə yerləri bir-birinə düşməsin. Kənarlarda, pəncərə ətraflarında və bucaqlarda plitələr uyğun formada kəsilməlidir. Hər plitə 4–5 ədəd plastik dübellə (izolyasiya dübeli) bərkidilir. Əlavə olaraq, metal karkas sisteminə xüsusi klips və ya lövhə tutacaqları ilə əlavə bərkidilmə aparıla bilər. Hər lövhə sıx yerləşdirilməlidir – boşluq və sallanma olmamalıdır. Fasadda lövhələr nizamlı və düz səth əmələ gətirməlidir. Lövhələrin üzərindən metal karkas profillərinin çıxıntısı vasitəsilə 30–50 mm ventilyasiya boşluğu buraxılır. Bu boşluq su buxarının çıxışı və kondensatın uzaqlaşdırılması üçün vacibdir. Ventilyasiya boşluğundan sonra dekorativ fasad örtüyü (metal kasseta, kompozit panel, keramoqranit, siding və s.) karkasa bərkidilir. Örtüyün estetikliyi, düzülüşü və dayanıqlılığı yoxlanmalıdır

Texniki göstəricilər

İstilik keçiricilik, Vt/mK 0,034 / 0,035 / 0,037 / 0,038
10% deformasiya sıxılmaya qarşı davamlılıq, Kpa <10
Üzvü maddələrin tərkibi, % <4,0
Qısa müddət ərzində (24 saat) suyun hopması, kq/m² <1
Uzun müddət ərzində (28 gün) suyun hopması, kq/m² <3
Yanğına qarşı dayanıqlıq A1 sinifli
Sıxlıq, kq/m³ 75 (±7)
Uzunluq, mm 1200 1200 1200
Eni, mm 600 600 600
Qalınlıq, mm 50 100 150
Plitələrin qablaşdırmada miqdarı, əd. 6 4 2
Qablaşdırmada miqdarı, m² 4,320 2,880 1,440
Qablaşdırmada miqdarı, m³ 0,216 0,288 0,216
Altlıqda miqdarı, qabl. 32 24 32
Altlıqda miqdarı, m³ 6,912 6,912 6,912

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm – hər lövhə 0.72 m² əhatə edir.

Bir paketlik lövhə sayı: 6 ədəd – paketlə 4.32 m² sahəni izolyasiya ilə təmin edir.

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.