az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

MATANAT A Aralıq doldurucu 1-6 mm, daxili məkanlar üçün

MATANAT A Aralıq doldurucu 1-6 mm, daxili məkanlar üçün

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, çatlamaya qarşı müqaviməti artıran, rəngin solmamasını və digər fiziki-mexaniki xüsusiyyətləri yaxşılaşdıran qatqılarla zəngin, Nano texnologiyalı aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurna qarışığından:

  • daxili məkanlarda, hamam və tualetlərdə divar və döşəmələrə yapışdırılmış keramikaların, mərmər və digər təbii daşlardan hazırlanmış üzlük plitələrin 1-6 mm məsafəli aralıqlarının doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • solmaya qarşı davamlıdır, çatlamır və rəng ləkəsi buraxmır;
  • üzlük plitələrin kənarlarına çatlamadan mükəmməl yapışır;
  • Nano texnologiyasına əsaslanır;
  • silikon qatqılı və antibakterialdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərdə aralıqların sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Qarışığın hazırlanması. 20 kq quru qarışığı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb, kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Qarışığı səthə yayıb, rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra nəm süngərlə səthi təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışığı 2 saat ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz, bu çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin korlanmasına səbəb ola bilər.

Tövsiyələr. FugaFil aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Suhopma qabiliyyəti yüksək olan keramikaların aralıqları istifadədən öncə su ilə doyuzdurulmalıdır. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

ağ və müxtəlif rənglərdə

İstifadə temperaturu

+50 C ÷ 300 C

Su/ quru qarışıq nisbəti

0,35-0,37 litr su/ 1 kq quru qarışıq
1,75-1,85 litr su/ 5 kq quru qarışıq
7,0-7,4 litr su/ 20 kq quru qarışıq

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

4 N/mm2
15 N/mm2

İstifadə müddəti

2 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə

Sərfiyyat

Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.

Üzlük plitələrin

ölçüləri, sm

Aralığın dərinliyi, 8 mm

Aralığın eni

2 mm

q/m2

3 mm

q/m2

4 mm

q/m2

5 mm

q/m2

6 mm

 

10×10

500

750

1000

1250

1500

10×20

400

600

800

1000

1200

15×15

350

550

700

900

1150

15×20

300

450

600

750

900

20×20

250

450

600

750

900

20×25

250

350

500

650

800

20×30

225

350

450

575

675

30×30

185

275

350

450

550

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FugaFil quru qarışiğının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • FugaFil quru qarışığına sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!