az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MA OİL" 200 su ilə qatıla bilən qəlib yağı, beton və lepka qəlibləri üçün

"MA OİL" 200 su ilə qatıla bilən qəlib yağı, beton və lepka qəlibləri üçün

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Mineral yağ əsaslı olub, hamar səthli betonun əldə olunması məqsədilə qəliblərə çəkilən, taxta və polad qəliblərin asanlıqla sökülməsini təmin edən, eyni zamanda betonun bərkiməsi zamanı ayrılan istiliyə davamlı, su ilə qarışa bilən qəlibayrıcı məhsuldur.

İstifadə sahələri

Bu nıəhsuldan:
-müxtəlif təyinatlı taxta, faner, polad və şüşə qəlib sistemlərdən ibarət olan qəliblərin yağlanmasında istifadə olunur.

Üstünlükləri

  • qəlibin betondan asanlıqla ayrılmasını təmin edir;
  • qəlibin ömrünü uzadır;
  • istiliyə və buxara davamlıdır;
  • yüksək keyfiyyətli, hamar, qüsursuz səth alınır;
  • beton səthindəki hava qabarcıqlarını azaldaraq daha hamar səthli betonun əldə olunmasını təmin edir.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir.

Tətbiqi. MA OİL 200 məhsulunu 1/7-1/12 nisbətində su ilə yaxşıca qarışdıraraq, qəliblərə püskürtmə yolu ilə və ya vərdənə ilə çəkin. Qəlibayrıcıdan istifadə etməzdən əvvəl qəlibləri beton qırıntılarından, taxta və dəmir parçalarından, qardan və buzdan mütləq təmizləyin. Daha yaxşı nəticə əldə etmək üçün MA OİL 200 məhlulunu qəlibin üzərinə incə bir təbəqə şəklində, eynicinsli vəziyyətdə tətbiq edin. Məhsulu münasib şəkildə yayaraq bir yerdə toplanıb qalmasına yol verməyin.

Püskürtmə zamanı aparatla qəlib səthi arasındakı məsafə 50 -100 sm, püskürtmə təzyiqi 2-4 bar olmalıdır.

Tövsiyələr. İstifadə olunacaq səthin temperaturu +50C - +300C olmalıdır. Məhsulun istifadə olunduğu səth 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır.

Texniki xüsusiyyətləri

Rəngi

yağ sarısı

Maddənin quruluşu

mineral yağ tərkibli

Sıxlığı

0,83 kq/litr

Turşu-qələvi əmsalı

6-7 pH

Yanma-alovlanma dərəcəsi

+950C-dən yuxarı

Qablaşdırma

1, 4, 10 litrlik bidonlarda,
200 litrlik çəllək

Sərfiyyat

1 litr MA OİL 200 ilə 45-80 m2-lik qəlib səthləri yağlanır.

Saxlama müddəti və qaydası

Qısa müddətli saxlamada məhsul ən çoxu 3 cərgə olmaq şərti ilə üst-üstə qoyula bilər. İstifadə zamanı birinci növbədə alt cərgədə olan məhsul istifadə olunmalıdır. Uzun müddətli saxlamada isə məhsullar üst-üstə yığılmamalıdır. Saxlama müddəti müvafiq saxlama şərtlərinə əsasən, istehsal tarixindən etibarən 12 aydır. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • MA OIL 200 qəlib yağından istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • gözə düşərsə dərhal su ilə yuyun;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!