az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

AZWOOL facade 130 Fasad lövhəsi- Xarici Məkanlar üçün İstilik və Səs İzolyasiyası, Daş Yunu

AZWOOL facade 130 Fasad lövhəsi- Xarici Məkanlar üçün İstilik və Səs İzolyasiyası, Daş Yunu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında 

AZWOOL facade 130 fasad lövhəsi - bazalt əsaslı daş yunu lövhəsidir, dekorativ suvaqlı və ventilyasiya sistemli fasadlarda istilik və səs izolyasiya təbəqəsi kimi geniş istifadə olunur. Yüksək buxar keçiriciliyi, rütubət davamlığı və yanğına davamlılıq xüsusiyyətləri ilə effektiv və etibarlı həll təqdim edir.

 

İstifadə sahələri 

Bu məhsuldan:
• dekorativ suvaqlı fasad sistemlərində;
• ventilyasiya olunan fasad sistemlərində;
• ictimai binaların fasadlarında istifadə olunur.

Üstünlükləri

• Yüksək buxar keçiriciliyinə malikdir;
• Hidrofobik xüsusiyyətə malikdir;
• Tam yanmazdır;
• Effektiv istilik izolyasiyasına malikdir;
• Asan və sürətli montaj edilir.

 

İstifadə qaydaları 

Səthin hazırlanması. Divarın üzərindəki toz, kir, köhnə boya və ya suvaq qalığı tamamilə təmizlənməlidir. Səth nəmlidirsə, tamamilə qurudulmalı, möhkəm və çatlar aradan qaldırılmış olmalıdır. Səthin şaquli və üfüqi səviyyəsi tərəzi ilə yoxlanmalı, böyük oyuq və çıxıntılar uyğun məhsulla düzləşdirilməlidir. Lövhələrin alt kənarını düzgün yüksəklikdə sabitləmək üçün “başlanğıc profili” şuruplanaraq tənzimlənməlidir.

Tətbiqi. İstehsalçının tövsiyə etdiyi miqdar nisbətində quru yapışdırıcı suya qarışdırılaraq homogen məhlul əldə edilir. Müvafiq qalınlıqda AZWOOL fasad lövhələri səthə yapışdırıcı ilə “nöqtə-çərçivə” üsulu ilə bərkidilir. Lövhələr kərpic düzümündə düzülməlidir. Xüsusilə küləyə məruz qalacaq hissələrdə, lövhələr dübellərlə əlavə möhkəmləndirilə bilər. Lövhələr arasında yarana biləcək boşluqlar bıçaqla kəsilmiş lövhə parçaları
ilə doldurulmalı, boşluqsuz bağlanma təmin edilməlidir. Qapı-pəncərə dəstək profilləri və künc profilləri montaj olunmalı, kəsik kənarları ixtiyari kənar qoruyucularla (PVC künc profili) bitirilməlidir. Bundan sonra ventilyasiya boşluğu və son fasad örtüyü (suvaq, panel, siding və s.) quraşdırılmalıdır.

Texniki göstəricilər

İstilik keçiricilik, Vt/mK <0,036
10% deformasiyada sıxılmaya qarşı davamlılıq, Kpa <10
Üzvi maddələrin tərkibi, % <4,5
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m2 <3
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m2 <3
Yanğına qarşı dayanıqlılıq A1 sinifli
Sıxlıq, kq/m3 130
Uzunluq, mm 1200 1200 1200 1200
Eni, mm 600 600 600 600
Qalınlıq, mm 50 80 100 120
Plitələrin qablaşdırmada miqdarı, əd. 6 6 3 4
Qablaşdırmada miqdarı, m2 4,32 4,32 2,16 2,88
Qablaşdırmada miqdarı, m3 0,432 0,3456 0,432 0,3456
Qablaşdırmaların altlıqda miqdarı, əd. 24 16 16 16
Qablaşdırmaların altlıqda miqdarı, m3 0,864 0,922 1,152 1,382

 

Sərfiyyat

Lövhə ölçüsü: 1200 × 600 mm - bir lövhə 0,72 m² sahəni örtür.
Sərfiyyat: 1,4 lövhə/m².

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.