az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"OKETON 250" betona lazımı qədər hava cəlb etmək üçün istifadə olunan beton qatqısı

"OKETON 250" betona lazımı qədər hava cəlb etmək üçün istifadə olunan beton qatqısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

AntiAir 250 yağ spirti və ammonium duzu əsaslı, betonun içərisinə nəzarətdə saxlanılan qədər hava cəlb edərək sabit, kiçik və optimal aralıqlı hava qabarcıqları əmələ gətirən və betonun donma-ərimə müddətində davamlılığını artıran hava cəlbedici beton qatqısıdır.

Uyğunluq kodu: 04.613/1-G AZS 221-2006 (TS EN 934-2) Cədvəl 5: “Hava cəlbedici beton qatqısı” standartına uyğundur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • donma-ərimə təsirlərnə qarşı davamlı betonların istehsalında;
  • nasoslu və nasossuz hazır beton istehsalında;
  • tətbiqi nasosla nəzərdə tutulan iri dənəvərliyə malik beton istehsalında;
  • armaturlu və armatursuz, az və ya normal ağırlıqda olan hər növ beton istehsalında;
  • sahə və yol betonlarının istehsalında;
  • kütləvi beton istehsalında istufadə olunur.

Üstünlükləri

  • optimal səviyyədə artırılmış hava cəlbetmə xüsusiyyəti sayəsində betonun donma-ərimə müdətində möhkəmliyini artırır (TSEN 206-1-də XF2 -XF4 4 % hava cəlbetmə);
  • sərtləşmiş betonda optimal intervallı hava boşluğu sistemini təmin edir;
  • qatqısız betona nisbətən su/sement miqdarı aşağı olduğu üçün yüksək davamlılıq və olduqca az su sızmanı təmin edir;
  • təzə betonda laylanma və parçalanma hallarını azaldır;
  • qatqısız betona nisbətən, betonun işlənmə keyfiyyətini və plastikliyini artırır;
  • aşağı qatılığa malik fərqli növ yapışdırıcılardan (bütün sement növləri, vulkan külü, şlak, kvars qumu) istifadə etdikdə narın dənəvərliyə malik, yüksək temperaturlu betonlarda hava cəlbetmə xüsusiyyətini biruzə verir;
  • tərkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. AntiAir 250-nin tək istifadə olunduğu yerlərdə mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə AntiAir 250-ni qarışığa əlavə edin. Bu proses həyata keçirilərkən ±3% həssaslıqlı elektron tərəzidən istifadə edin. AntiAir 250-dən davamlı olaraq istifadə edərkən hər qarışıqda betonun miqdarı, betonun temperaturu, qarışdırıcının növü, gücü və qarışdırma müddəti sabit saxlanılmalıdır. Bu parametrlərdə edilən dəyişikliklər betonda cəlb olunan havanın miqdarını dəyişdirir. İstənilən miqdarda havanı cəlb etmək üçün qarışdırma müddəti əvvəlcədən müəyyənləşdirilməlidir, laboratoriyada əldə olunan müddətlər və beton zavodundakı istehsal müddətləri fərqli nəticələrə səbəb ola bilər. İlk qarışdırmada əldə olunan hava miqdarına görə, lazım gələrsə təkrar olaraq miqdarın müəyyənləşdirilməsi aparıla bilər.

Kimyəvi qatqıların işləmə prinsipi. Qatqılar əsasən mineral yapışdırıcılarla reaksiyaya girir. Qatqı betona əlavə olunduğu halda yapışdırıcı dənəcikləri tərəfindən sorulur (absorbsiya olunur). Yapışdırıcı dənəciklər elektrostatik qüvvə ilə bir-birini itələyir. Beləliklə, istənilən istifadə imkanı daha az su miqdarı ilə təmin olunur. Qatqı suyunun azalmasına mütənasib olaraq betonun mexaniki möhkəmliyi artır.

Digər qatqı materialları ilə uyğunlaşması. AntiAir 250 aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • yüksək miqdarda yapışdırıcı maddənin istifadə olunmasına ehtiyac yarandığı hallarda kvars qumu, vulkan külü və şlakla;
  • yüksək davamlılığa malik olan beton istehsal etmək və ya mikro hava qabarcıqları vasitəsilə azalan müqaviməti tənzimləmək üçün BEMATON, FLOTON və OKETONseriyasından olan beton əlavələrlə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • plastik sıxılma nəticəsində yaranan çatların qarşısını almaq üçün sintetik və polad liflərlə (fibralarla) birgə;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;

Texniki göstəricilər

Maddənin quruluşu

yağ spirtli və ammonium duzu əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,00-1,02 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<10,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

AntiAir 250 beton qatqısının sement kütləsinin 0,09-0,2%-i miqdarında əlavə olunması tövsiyə olunur. Digər plastifikatorlarla birgə istifadə olunduqda eyni hava cəlbetmə miqdarı üçün ayrılıqda istifadə edildiyi zaman istifadə olunan miqdardan daha az dozada istifadə olunmalıdır. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış AntiAir 250 mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq, istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • AntiAir 250-nin istifadə miqdarına təsir edən mümkün dəyişikliklər iş müddəti ərzində tez-tez yoxlanılmalıdır;
  • tətbiq olunan doza miqdarları tökmənin icra ediləcəyi yerdə, qarışıq üçün nəzərdə tutulan hava miqdarına görə müəyyənləşdirilməlidir;
  • betonun möhkəmliyi ilə bağlı tədqiqatlar, donma-ərimə müddətləri və buzlaşmanın qarşısını alan duzların əks təsirlərinə qarşı ən yaxşı qorunma:
  • sərtləşmiş betonun daxilinə lazımi qədər havanın cəlb olunması ilə;
  • hava qabarcıqlarının ölçüsü və betonun istifadə yerlərindən asılı olaraq uyğun hava boşluğu ilə;
  • davamlı materialların bir yerə toplanması, düzgün qarışdırılması, yerləşdirilməsi sərtləşdirmə texnologiyaları və üsulları vasitəsilə.
  • TSEN 206-1-ə əsasən ən ideal hava tərkibi 4% olmalıdır;
  • 6%-dən artıq hava cəlb olunduğu təqdirdə hər hansı bir tədbir görülməzsə, betonun davamlılığı arzuolunmaz bir şəkildə azala bilər;
  • qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!