Mayın 10-da “Matanat A” Şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin kollektivi Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra, Ümummilli Liderin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi “Matanat A” Şirkətinin rəhbər heyəti və kollektivi tərəfindən hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq!

Tikinti materiallarının istehsalı sahəsində hər zaman keyfiyyət, etibarlılıq və innovasiya ilə seçilən “Matanat A” şirkəti yüksək performanslı “Matanat A FASKER” iri ölçülü plitə və dekorativ daş yapışdırıcısını təqdim edir. “Matanat A FASKER” – iri ölçülü plitələr, keramoqranit, fasad plitələri, dekorativ daşlar və isti döşəmələr üçün yüksək performanslı yapışdırıcıdır. Sement əsaslı, xüsusi polimer əlavələri və nanotexnologiya ilə zənginləşdirilmiş bu məhsul, həm daxili, həm də xarici məkanlarda etibarlı və uzunömürlü yapışmanı təmin edir. “Matanat A FASKER” müxtəlif ölçülü plitələrin fərqli yüksəkliklərdə təhlükəsiz şəkildə yapışdırılmasına imkan verir və xüsusilə iri ölçülü keramoqranit üçün uğurlu seçimdir. “Matanat A FASKER” üstün texniki xüsusiyyətləri ilə mühəndislər, peşəkar ustalar, həm...

"Matanat A" Şirkətlər Qrupu növbəti maarifləndirmə tədbirini uğurla həyata keçirdi. "Matanat A Ustalar Klubu" peşəkar inkişaf və texniki biliklərin artırılması istiqamətində təşkil etdiyi ənənəvi maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti silsilə tədbirlər çərçivəsində Lənkəran şəhərində yüzlərlə peşəkar usta ilə bir araya gələrək, şirkətin brendləri olan AĞDAĞ GİPSKARTON LÖVHƏLƏRİ, FASMİNERAL, İNOVEX, FASKER və s. məhsullar barədə ətraflı məlumatlar verildi. AĞDAĞ GİPSKARTON LÖVHƏLƏRİ Çatlamaya və qırılmaya qarşı yüksək müqavimətə malikdir; Kəsimi və tətbiqi rahatdır; İstənilən dizaynda ovalların yaradılmasına imkan yaradır; İstehsalında spesifik kartondan istifadə olunur; Almaniyanın GRENZEBACH TEXNOLOGİYASI ilə istehsal olunur; EN 520 AVROPA STANDARTINA cavab verir. İNOVEX quru divar sistemləri ənənəvi kərpic, mişar daşı, qazbetonla görülən hörgü işini əvəz edir. Daş...

20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. "Matanat A" Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların məzarları üzərinə qərənfillər düzülüb.

2 fevral – Gənclər Günüdür! “Matanat A” Şirkətlər Qrupu “Gənclər Günü” münasibətilə növbəti əyləncəli, korporativ layihə həyata keçirib. Layihə çərçivəsində gənclər effektiv kommunikasiya, vaxtın idarə edilməsi, sistemli düşünmə və liderlik bacarıqlarını daha da gücləndiriblər. “Matanat A” Şirkətlər Qrupu gənclərə uğur, inkişaf və yeni nailiyyətlər arzulayır!

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Matanat A” şirkətinin rəhbərliyi və əməkdaşlarından ibarət kollektivi “Ana harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.
