Bakı şəhərində keçirilən tədbirdə Bakı, Sumqayıt və Abşerondan olmaqla 200-dən çox usta iştirak edib. Tədbirdə “Ağdağ” gipskarton lövhələrinin, həmçinin “Fugaplaster” aralıq doldurma qarışığı və “Ağdağ” üzlük məhsulların üstünlükləri barədə ustalara ətraflı məlumat verilib. Təqdimatı baş tutan məhsullar ustalar klubunun üzvləri tərəfindən birbaşa test edilib. Təqdimatlardan sonra tədbir müsabiqə ilə davam edib. Keçirilən müsabiqə nəticəsində “Matanat A Ustalar Klubu”nun üzvlərinə müxtəlif sayda televizor, smartfon, inşaat ləvazimatları, “Ağdağ” gipskarton lövhələri, həmçinin həvəsləndirici hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkilib. Qaynar xətt: +994 50 235 35 00
XX əsrin qanlı faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Mətanət A” şirkətinin rəhbərliyi və əməkdaşlarından ibarət kollektiv soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. “Mətanət A” şirkətinin kollektivi tərəfindən Xocalı soyqırımı abidəsinin önünə əklil və gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Türkiyədə baş verən zəlzələdən zərərçəkən şəxslərə yardımın göstərilməsi barədə sahibkarlara çağırış edib. Hörmətli sahibkarlar! Azərbaycan xalqını səciyyələndirən xüsusiyyətlərdən bəziləri məhz humanistlik, yardımsevərlik, çətin günlərdə birlik olmaları olub. Türkiyə Respublikasında baş vermiş zəlzələnin ilk anlarından etibarən qardaş türk xalqına göstərilən dəstək hər iki xalqın arasında olan sarsılmaz münasibətləri bir daha sübuta yetirdi. Hazırda zəlzələnin fəsadlarını bildirən statistik məlumatlar daim yenilənir və həlak olanların sayının artması hər birimizi kədərləndirir. Bu çətin anlarda sahibkarlar olaraq Türkiyə xalqına dəstək göstərmək hər birimizin qardaşlıq borcudur. Biz də öz növbəmizdə zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin...
“Mətanət A” şirkəti Misirdə zavod tikəcək Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü keçirilib. Görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi çıxış ediblər. İqtisadiyyat naziri M. Cabbarov çıxışında hazırkı tədbirin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M. Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, yaradılan biznes mühitindən, həyata keçirilən yaşıl enerji layihələrindən və dövlətin bu prosesə verdiyi dəstəkdən...
“Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna ianə edib “Mətanət A” şirkəti Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, ölənlərə Allahdan rəhmət diləyir. Daim sosial məsuliyyətə önəm verən “Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL məbləğində vəsait ianə edib. Xatırladaq ki, bazar ertəsi Türkiyədə baş vermiş 7.7 ballıq zəlzələ nəticəsində ölkənin cənubi şərq bölgəsi ciddi dağıntılara məruz qalıb, minlərcə insan həlak olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm və 10 zəlzələ bölgəsində 3 aylıq fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, sement və...