az

"Mətanət A" şirkəti Baku build 2013 beynəlxalq inşaat sərgisində uğurla iştirak etdi

Tikinti məhsulların istehsalında qabaqcıl yerlərdən birinə sahib olan, yerli və beynəlxalq sərgilərin daimi iştirakçısı olmuş “Mətanət A” şirkəti 23-26 oktyabr tarixində Bakı Ekspo mərkəzində təşkil olunan 19-cu beynəlxalq tikinti sərgisində iştirak etmişdir. 3 sistem, 22 mal qrupu, 200 dən artıq ticarət markasına və 1000-dən atıq məhsul çeşidinə malik olan “Mətanət A” şirkəti bu sərgidə də zəngin və yeni məhsul çeşidlərini nümayiş etdirməkdədir. Yeni nəsil boyalar olan ROKOL boyaları, fasadda ağlay daşını yaradan FasNatural məhsulu sərgidə nümayiş olunan məhsullardan bir neçəsidir. Müasir texnologiyalarla istehsal olunan ROKOL boyaları Sintetik əsaslı boyalar; Emulyasiya boyaları; Sellülozik boyalar və İzolyasiya boyalar olmaqla 4 əsas istiqamətdə istehlakçılara təklif...

2013-10-26Ətraflı

“Mətanət A” şirkətində “Heydər Əliyev - 90 il - xalq üçün yaşanan ömür” adlı yubiley tədbiri keçirilmişdir

90-cı illərin əvvəllərinə nəzər saldıqda o dövrün çətinliklərini hiss etməmək mümkün deyil. Bu çətin dövrdə əlbəttə ki, dahi rəhbərə, xilaskara ehtiyac var idi. Bu xilaskar, öz fenomenal idarəçilik, qeyri-adi siyasi bilik və bacarıqlara sahib, qətiyyətli və uzaqgörən siyasətçi Heydər Əliyev idi. Müasir Azərbaycan tarixinə nəzər yetirdikdə, Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin, əvəzolunmaz işlərinin şahidi olmaqdayıq. Hələ ötən ərsin 60-cı illərində siyasi hakimiyyətə gələn Heydər Əliyev müasir Azərbaycanın inkişafının təməlini elə o vaxtdan qoymuşdu. İstər siyasi, istər iqtisadi, istərsə də sosial təminat bazasının formalaşmasında qətiyyətli addımlar atan ümummilli lider, bugünkü müasir Azərbaycanın sürətli inkişafında, ölkəmizin dünya arenasında tanınmasında müstəsna xidmətlər...

2013-05-10Ətraflı

"Mətanət A" şirkəti "Müasir Texnologiyaların Rusiya Bazarında İrəlilədilməsinə görə" progress mükafatına layiq görülmüşdür

21 may 2013-cü ildə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı çərçivəsində ən fəal tərəfdaşlara “Progress” mükafatının təqdimetmə mərasimi olmuşdur. 2007-ci ildə Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiyanın ölkəmizdəki ticarət nümayəndəliyi tərəfindən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası (ARİƏP) ilə birlikdə təsis edilmiş “Proqress” mükafatı hər il Rusiya –Azərbaycan iqtisadi əlaqələrinə verdiyi tövhələrə görə fərqlənən şirkətlərə təqidim olunur. Öz sektorunda innovativ texnologiyalara əsaslanan istehsal prosesi ilə keyfiyyətli və ekoloji sağlam məhsullarla istehlakçılarına öz tövhəsini vermiş “Mətanət A” şirkəti ixrac potensialının artması sayəsində Rusiya bazarında da geniş istehlakçı auditoriyası qazanmış və bir çox uğurlara imza atmışdır. Bu uğurlarla və əldə edilmiş nailiyyətlərlə “Mətanət A” şirkəti iki ölkə arasındakı iqtisadi əlaqələrin...

2013-05-09Ətraflı

İlin uğurla inkişaf edən boya brendi - Rokol

24 aprel 2013-cü il tarixində "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli mükafat olan “UĞUR 2012” mükafatının növbəti təqdimetmə mərasimi keçirilmişdir. Tədbir paytaxtımızın ən müasir və göz oxşayan məkanlarından birində, Jumeirah Bilgah Beach otelində təşkil olunmuşdur. “UĞUR” milli mükafatı günü gündən çiçəklənən və inkişaf edən, dünya dövlətlərinə inteqrasiya edən Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına və biznes imicinin formalaşmasına xidmət edən milli, eləcə də transmilli ən qabaqcıl şirkətlərə təqdim olunur. Mükafatın əsas məqsədi yüksək effektivliyə, sabit inkişafa və ictimai məsuliyyətə malik olan şirkətlərin nailiyyətlərini qeyd etməkdən ibarətdir. Sevindirici haldır ki, günü gündən qloballaşaraq ixracat potensialını yüksəldən, yeni zavod və...

2013-04-24Ətraflı

Mətanət A” şirkəti “MosBuild-2013” beynəlxalq tikinti sərgisində uğurla iştirak etdi

2-5 aprel 2013-cü il tarixində “Mətanət A” şirkəti Mosbuild 2013 beynəlxalq inşaat sərgisində növbəti uğuruna imza atmışdır. Mosbuild Avropada tanınmış nəhəng inşaat sərgisidir. Dünyada TOP-5-liyə daxil olan bu sərgi aparıcı inkişaf etmiş dünya dövlətləri tərəfindən dəstəklənir və 1995-ci ildən başlayaraq hər il 40-dan artıq ölkənin 3 000-ə qədər müxtəlif sektorda çalışan şirkətlərinin və 100 mindən artıq ziyarətçinin iştirakı ilə təşkil olunur. “Mətanət A” şirkəti yarandığı gündən yüksək həvəs və enerji ilə ölkəmizi bu və ya digər sərgilərdə ləyaqətlə təmsil etmiş, hər iştirakında klassik istehsal etdiyi məhsullarla yanaşı, yeni-yeni məhsullarını sərgi iştirakçılarına – istehlakçılara təqdim etmişdir. Bu il də təbii ki, bu...

2013-04-05Ətraflı

“Mətanət A” şirkətində Novruz bayramı təntənə ilə qeyd olundu

Novruz – baharın gəlişi, təbiətin oyanışı, yeni nəfəs, yeni həyat deməkdir. Ta qədimdən bu günədək ölkəmizdə bu müqəddəs bayramın bütün adət-ənənəsi təfərrüatı ilə qeyd olunur, xalq tərəfindən sevilir və gözəl duyğular içərisində qeyd olunur. Küsülülər barışır, evlərdə bütün künc-bucaq təmizlənir, milli şirniyyatlar, xörəklər hazırlanır, milli oyunlar oynanılır, tonqallar qalanır və s. Novruz bayramı evlərdə, ailələrdə olduğu kimi, ölkəmizin bütün rəsmi və qeyri rəsmi qurumlarında da təntənə ilə qeyd olunur. “Mətanət A” şirkətlər qrupuda hər il Novruz bayramına böyük ruh yüksəkliyi ilə hazırlaşır və bayram şənliyinin yüksək səviyyədə qeyd olunması üçün lazım olan bütün hazırlıqları edir. Bu il də həmin ənənəyə sadiq...

2013-03-18Ətraflı

“Mətanət A” şirkəti “işgüzar Dağıstan-2013” sərgisində

“Mətanət A” şirkəti 11 - 16 mart 2013-cü il tarixində Dağıstan Respublikasında “İşgüzar Dağıstan-2013” sərgisində iştirak etmişdir. Şirkət on minlərlə yerli və xarici ziyarətçilərin, iri və orta miqyaslı tikinti şirkətlərinin, iri və orta biznes nümayəndələrinin qatıldlğı sərgidə Azərbaycan tikinti sektorunun son nailiyyətlərini uğurla təmsil etmişdir. Sərgidə “Mətanət A” şirkətinin yarandığı gündən bu günədək istehsal etdiyi tanınmış brendlərlə yanaşı son illərdə ixtira olunmuş və dünyanın 150-dən çox ölkəsində patentləşdirilmiş ,“ağlay” əsaslı məhsul olan, fasadda dekorativ üzlük piltələrinin və qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanması üçün quru qarışıq olan Fasnatural məhsulu eləcə də yeni nəsil boyalar olan Rokol boyaları nümayiş etdirilmişdir. “Mətanət...

2013-03-16Ətraflı

8 mart beynəlxalq qadınlar günü "Mətanət A" şirkətində qeyd olundu

1975-ci ildə BMT-nin təşəbbüsü ilə 8 mart beynəlxalq qadınlar günü elan edilmişdir. Həmin ildən başlayaraq bu əlamətdar hadisə hər il yüksək diqqət və qayğı ilə dünyanın dörd bir tərəfində, eləcə də ölkəmizdə böyük həvəslə qeyd olunur. Tarix boyu bütün türk dünyasına örnək göstərilən Burla xatun, Xurşudbanu Natavan, Tomris, Nigar, Həcər kimi xanımlar yetişdirmiş Azərbaycanın müasir ictimai-siyasi həyatında da fəal rol oynayan xanımlar vardır. Məhz bu amil – qadınların cəmiyyətə daha böyük inteqrasiyası respublikamızda gender bərabərliyinin və qadın huquqlarının qorunması üçün vacib faktorlardan biridir. Bu gün istər dövlət orqanlarında, istərsə də özəl müəssisələrdə mühüm, məsuliyyətli işlər görən xanımların olması buna nümunə...

2013-03-07Ətraflı

"Mətanət A" şirkəti 20 yanvar faciəsi qurbanlarını yad etdi

20 yanvar faciəsindən 23 il ötür. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqının dəmir iradəsi o qanlı gecəni tariximizə şanlı səhifə olaraq əlavə etdi. Biz 20 yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə...

2013-01-20Ətraflı