az

Mətanət A” şirkəti “MosBuild-2013” beynəlxalq tikinti sərgisində uğurla iştirak etdi

2013-04-05

2-5 aprel 2013-cü il tarixində “Mətanət A” şirkəti Mosbuild 2013 beynəlxalq inşaat sərgisində növbəti uğuruna imza atmışdır. Mosbuild Avropada tanınmış nəhəng inşaat sərgisidir. Dünyada TOP-5-liyə daxil olan bu sərgi aparıcı inkişaf etmiş dünya dövlətləri tərəfindən dəstəklənir və 1995-ci ildən başlayaraq hər il 40-dan artıq ölkənin 3 000-ə qədər müxtəlif sektorda çalışan şirkətlərinin və 100 mindən artıq ziyarətçinin iştirakı ilə təşkil olunur. “Mətanət A” şirkəti yarandığı gündən yüksək həvəs və enerji ilə ölkəmizi bu və ya digər sərgilərdə ləyaqətlə təmsil etmiş, hər iştirakında klassik istehsal etdiyi məhsullarla yanaşı, yeni-yeni məhsullarını sərgi iştirakçılarına – istehlakçılara təqdim etmişdir.

Bu il də təbii ki, bu ənənyə sadiq qalan şirkət yeni nəsil ROKOL boyaları ilə sərgi iştirakçılarının diqqətini cəlb etmişdir. Qeyd edək ki, ROKOL boyaları 4 əsas istiqamətdə istehsal olunur: Sintetik əsaslı boyalar, emulsiya boyaları, sellülozik boyalar və izolyasiya boyaları. Bu boyalar səthə asan və mükəmməl yapışması, eləcə də hər cür temperaturda çatlamaması, qopmaması, yağışa və nəmə qarşı dözümlülüyü ilə diqqəti cəlb edir. Hər 4 istiqamətdə 10-a yaxın məhsul çeşidi vardır və bu çeşidlər hər gün artmaqdadır.