24 aprel 2013-cü il tarixində "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli mükafat olan “UĞUR 2012” mükafatının növbəti təqdimetmə mərasimi keçirilmişdir. Tədbir paytaxtımızın ən müasir və göz oxşayan məkanlarından birində, Jumeirah Bilgah Beach otelində təşkil olunmuşdur. “UĞUR” milli mükafatı günü gündən çiçəklənən və inkişaf edən, dünya dövlətlərinə inteqrasiya edən Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına və biznes imicinin formalaşmasına xidmət edən milli, eləcə də transmilli ən qabaqcıl şirkətlərə təqdim olunur. Mükafatın əsas məqsədi yüksək effektivliyə, sabit inkişafa və ictimai məsuliyyətə malik olan şirkətlərin nailiyyətlərini qeyd etməkdən ibarətdir.
Sevindirici haldır ki, günü gündən qloballaşaraq ixracat potensialını yüksəldən, yeni zavod və istehsal müəssisələri tikib istifadəyə verən, inşaat sektornda Respublikamızın ən aparcı şirkətlərindən biri olan “Mətanət A” şirkətinin attığı sistematik və ardıcıl addımlar cəmiyyətdə layiqincə qiymətləndirilir, təqdir olunur. “UĞUR 2012” milli mükafatının növbəti təltifi bunu bir daha sübut edir. Belə ki, 2012-ci ildən yeni nəsil boyaların- ROKOL boyalarının istehsalına başlayan şirkət qısa müddətdə növbəti uğurlu məhsulunu istehlakçılara təqdim etdi və “İlin uğurla inkişaf edən boya brendi” nominasiyasına layiq görüldü. Qeyd edək ki, ROKOL boyaları sintetik əsaslı boyalar, emulsiya boyaları, sellülozik boyalar və izolyasiya boyaları olmaqla 4 əsas istiqamətdə istehsal olunur. ROKOL boyaları tətbiq zamanı səthə mükəmməl yapışır, çatlamır və qopmur. Yağışa və nəmə qarşı davamlıdır. Eyni zamandə rəngi solmur və nəticədə təmir olumuş məkan öz rəng ahəngini daha uzun müddət ərzində qorumuş olur. Artıq 2012-ci il ərzində istehlakçıların böyük rəğbətini qazanmış ROKOL boyaları ənənəvi və yeni rəng tonlarının istehsalı ilə müştərilərə daha geniş seçim imkanı verir. Obyektiv seçim və qiymətləndirmə üçün “UĞUR 2012” milli mükafatının Ekspertlər şurasına təşəkkür edirik. Növbəti uğurlara imza atmağı diləyirik.