“Mətanət A” şirkəti 11 - 16 mart 2013-cü il tarixində Dağıstan Respublikasında “İşgüzar Dağıstan-2013” sərgisində iştirak etmişdir. Şirkət on minlərlə yerli və xarici ziyarətçilərin, iri və orta miqyaslı tikinti şirkətlərinin, iri və orta biznes nümayəndələrinin qatıldlğı sərgidə Azərbaycan tikinti sektorunun son nailiyyətlərini uğurla təmsil etmişdir. Sərgidə “Mətanət A” şirkətinin yarandığı gündən bu günədək istehsal etdiyi tanınmış brendlərlə yanaşı son illərdə ixtira olunmuş və dünyanın 150-dən çox ölkəsində patentləşdirilmiş ,“ağlay” əsaslı məhsul olan, fasadda dekorativ üzlük piltələrinin və qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanması üçün quru qarışıq olan Fasnatural məhsulu eləcə də yeni nəsil boyalar olan Rokol boyaları nümayiş etdirilmişdir.
“Mətanət A” şirkəti 2012-ci ildən etibarən ROKOL boyalarının istehsalına başlamışdır. ROKOL boyaları 4 istiqamətdə istehsal olunur. Bu istiqamətlər aşağıdakılardır: 1)Sintetik əsaslı boyalar; 2)emulsiya boyaları; 3)sellülozik boyalar və 4)izolyasiya boyaları. ROKOL boyaları səthə mükəmməl yapışması, hava temperaturundan asılı olmayaraq çatlamaması və qopmaması ilə, həmçinin yağışa və nəmə qarşı dözümlülüyü ilə bir çox rəqibinini geridə qoyur.