az

Sahibkardan Şanlı Ordumuza növbəti dəstək

Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb. Böyük qələbə anını yaxınlaşdırmaq üçün arxa cəbhədən Şanlı Ordumuza dəstək göstərmək hər bir sahibkarın borcudur. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün apardığı uğurlu əks-hücum əməliyyatı hər birimizə sevinc və qürur hissi yaşadır. 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ermənipərəst ideoloqlar, erməni lobbisi və diasporu tarixi təhrif edərək öz ölkəsinin gənclərinə Qarabağı Ermənistanın torpağı kimi tanıtmağa çalışıb, hətta tarix dərsliklərində də Qarabağ Ermənistanın torpağı kimi uşaqların şüurlarına yeridilir. Bütün dünya azərbaycanlılarından xahiş edirik ki, sosial şəbəkələrdə aktiv...

2020-10-08Ətraflı

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azerlime əhəng zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib. Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar...

2020-03-03Ətraflı

“Mətanət A” şirkəti Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə anır.

Xalqımızın yaddaşından heç vaxt silinməyən erməni vandalizmi nəticəsində törədilmiş Xocalı soyqırımından 28 il ötür. Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksini hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan ziyarət edir və o dəhşətli gecə həyatını itirmiş yüzlərlə günahsız insanın ruhlarına dualar oxunur. Faciədən 28 il ötməsinə baxmayaraq, 26 fevral günü eyni ağrı-acı ilə yad edilir. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndindəki 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından...

2020-02-26Ətraflı

Mətanət A" şirkətinin əməkdaşları tərəfindən 20 yanvar faciəsi qurbanları anıldı

20 Yanvar faciəsindən 30 il ötür.  Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq mübarizə əzmini bütün dünyaya bəyan etdi. Hər il olduğu kimi bu il də 20 yanvar faciəsi ölkəmizin eləcədə dünyanın dörd bir yanında azərbaycanlılar tərəfindən anılmışdır. “Mətanət A” şirkəti də bu faciənin anım mərasiminə qatıldı. Şirkət rəhbərliyi və kollektivi 20 yanvar...

2020-01-20Ətraflı