az

“Mətanət A” şirkəti Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə anır.

2020-02-26

Xalqımızın yaddaşından heç vaxt silinməyən erməni vandalizmi nəticəsində törədilmiş Xocalı soyqırımından 28 il ötür. Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksini hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan ziyarət edir və o dəhşətli gecə həyatını itirmiş yüzlərlə günahsız insanın ruhlarına dualar oxunur. Faciədən 28 il ötməsinə baxmayaraq, 26 fevral günü eyni ağrı-acı ilə yad edilir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndindəki 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından  şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulub. Belə bir vəziyyətdə, erməni mühasirəsində  qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdurlar. Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. Qırğınlar nəticəsində 613 nəfər həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.