az

“Mətanət A” şirkətinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

Ulu Öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 13 il ötdü. Ümummilli liderin anım günü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın önünə gül-çiçək dəstələri və əklil qoyublar. Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarın önünə gül-çiçək dəstələri qoyublar.

2016-12-13Ətraflı

Birlik və bərabərlik ayında da gözdən əlil insanların yanındayıq

Daima kimsəsizlərə, əlillərə, məcburi köçkünlərə, qayğıdan uzaq qalan uşaqlara, qocalara diqqət və qayğı göstərən “Mətanət A” şirkəti hər zaman olduğu kimi Müqəddəs Ramazan ayında da yardıma ehtiyacı olan insanların yanında oldu. Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “Mətanət A” şirkəti Ramazan bayramı münasibəti ilə Abşeron rayonu ərazisində yaşayan “Gözdən Əlillər Cəmiyyəti”-nə üzv olan gözdən əlil insanlarla görüş keçirdi. Görüş iştirakçılarını salamlayan şirkət nümayəndəsi, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov adından “Gözdən Əlillər Cəmiyyəti”-nə üzv olan əlil insanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Daha sonra bayram süfrəsində iştirak edən gözdən əlil insanlar onlara olan dəstək və qayğıdan söz açaraq “Mətanət A”...

2016-07-05Ətraflı

“Mətanət A” şirkəti Dağıstan inşaat sərgisində uğurla iştirak edib

16 ildir uğurla fəaliyyət göstərən “Mətanət A” Şirkətlər Qrupu milli iqtisadiyyatımızın inkişafında və dünyada tanıdılması istiqamətində əməli addımlar atır. Daima son texnologiyaları istehsalata tətbiq edən şirkət ixrac yönlü keyfiyyətli məhsullar istehsal edərək milli brendlərimizi dünya ölkələrində tanıdır. Ölkəmizi və milli iqtisadiyyatımızı hər zaman aktiv şəkildə beynəlxalq və regional sərgilərdə uğurla təmsil edən “Mətanət A” Şirkətlər Qrupu 13-14 may 2016-cı il tarixində Dağıstan Respublikasının Mahaçkala şəhərində keçirilən III regional sərgi-forumunda iştirak etmişdir. Şirkət öz məhsul portfeli ilə sərgi ziyarətçilərinin diqqətini cəlb etmişdir. “Mətanət A” şirkətinin istehsal etdiyi Mətanət A, AĞDAĞ, Şpak, FasNatural, ROKOL, PARAKONTAKT, QRANİYAP, İzoLatexe brendləri sərgi iştirakçılarının kütləvi marağına səbəb...

2016-05-17Ətraflı

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

Müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi “Mətanət A” şirkətinin kollektivi tərəfindən yad edildi. Şirkət rəhbərliyi və əməkdaşları Ulu öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək Ümummilli Liderin məzarı üstünə əklil və gül-çiçək dəstələri qoymuş, ruhuna dualar oxumuşlar. Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Məzarın önünə gül-çiçək dəstələri qoyublar.

2016-05-10Ətraflı

“Qan ver, xilas et!”

Talassemiya - bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Bu xəstəliyin daşıyıcılarına daimi olaraq qan nəql olunmalıdır. Mütəmadi olaraq qan köçürülmədikdə xəstələrdə ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar əmələ gəlir, bəzi hallarda isə ölümlə nəticələnir. Xəstəliyin əsas yaranma səbəbi qan qohumluğu olan insanların nikaha girməsidir. Buna görə də ölkəmizdə bu xəstəliyin artmaması üçün daima maarifləndirmə işləri aparılır, qan qohumluğu olan şəxslər nikahdan öncə icbari şəkildə müxtəlif qan analizlərinə göndərilir. Ölkəmizdə talassemiyalı xəstələr daima dövlət qayğısı ilə əhatə olunmuş və bunun nəticəsi kimi "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunu...

2016-05-06Ətraflı

25 aprel "Sahibkarlar Günü"-dür

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın...

2016-04-25Ətraflı

AZMİU-da “Mətanət A” şirkətinin təşkilatçılığı ilə elmi-praktiki seminar keçirilib

Müasir dövrdə təmir və tikinti sektorunun və inşaat infrastrukturunun sürətlə inkişafı və təkmilləşməsi bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Ölkəmizdə yeni-yeni memarlıq nümunələrinin yaranması, ən son inşaat texnologiyalarının ölkəmizə gətirilməsi və digər proseslər bu sahəyə diqqəti daha da artırmış, bu sektorunda insanların qarşılaşdığı problemlər tamamilə aradan qaldırılmışdır. İlin dörd fəslində də çoxlarının qarşılaşdığı əsas problemlər termo və hidroizolyasiyadır. “Mətanət A” şirkəti daima insanların təmir-tikintidə qarşılaşdığı problemləri araşdırmış və bu problemlərin aradan qaldırılması üçün praktiki və rahat həll yolları təklif etmişdir. Şirkət bu gün də aktual olan istilik və su izolyasiya problemlərinin həlli istiqamətində daima maarifləndirmə işi aparmış və...

2016-04-11Ətraflı

Ali Baş Komandan və Milli Ordumuzla qürur duyuruq

“Mətanət A” şirkəti aprel ayının ilk günlərində cəbhə xəttində baş verən döyüşlərdə işğal olunmuş torpaqlarımızın bir qisminin ordumuz tərəfindən işğaldan azad olunmasından və düşmənə layiqli zərbə vurulmasından böyük qürur hissi keçirir, döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Ana vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarının düşmən işğalından azad edilməsi üçün görülən bütün işlər, Ali Baş Komandan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, dövlətimizin ədalətin bərpası istiqamətində atdığı bütün addımlar xalqımız tərəfindən daima dəstəklənib və dəstəklənəcəkdir. Bu yolda canını fəda edən qəhrəman oğullarımız daima xalqımız tərəfindən dərin hörmətlə yad ediləcək və qəlblərdə yaşayacaqdır. Erməni...

2016-04-07Ətraflı

Uşaqlar üçün əyləncə dolu bir gün

2000-ci ildən inşaat sektorunda bir çox uğurları ilə yadda qalmış “Mətanət A” Şirkəti daima Sosial məsuliyyət layihələrinə önəm vermiş, cəmiyyətimizin imkansız, əlil və kimsəsiz təbəqəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Şirkətin Korporativ Sosial Məsuliyyəti təkcə bu sferada yox, həm ekologiyanın qorunması, həm resurslardan səmərəli istifadə, həm də keyfiyyətli məhsul istehsalında özünü göstərir. Hər zaman müxtəlif bayramlarda cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli dəyəri sayılan Novruz bayramında Abşeron və Qaradağ rayonlarında yaşayan qaçqın və məcburi köçkün uşaqlarını toplayaraq bayram şənliyi keçirildi. Tədbirdə iştirak edən uşaqlar kosa, keçəl və bahar qızı ilə müxtəlif oyunlar oynadı, bayram sevinicini...

2016-03-19Ətraflı

Xocali faciəsi unudulmur

Azərbaycanın ən qədim tarix və mədəniyyət yerlərindən sayılan Xocalı şəhərində 1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələrinin hücumu nəticəsində genosid aktı həyata keçirilib. Xocalı Soyqırımı nəticəsində 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil. Bu tarixi faciə daima beynəlxalq arenada diqqət mərkəzində saxlanılmış, erməni vandalizmi dünya ictimaiyyətinə çatdırılmışdır. Bununla əlaqədar hər il ölkəmizdə...

2016-02-26Ətraflı

Prezident İlham Əliyev yeni Ağdağ gips zavodunun rəsmi açılış mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət A” şirkətinin Yeni AĞDAĞ Gips Zavodunun açılışı mərasimində iştirak edib. Yeni tikilən zavodda cənab prezidenti İqtisadiyyat naziri Şahin Mustafayev və “Mətanət A” şirkətlər qurupunun rəhbəri Elxan Bəşirov qarşıladı. Əvvəlcə dövlətimizin başçısına İqtisadiyyat naziri Şahin Mustafayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıətrafı qəsəbələr üzrə ödənilən güzəştli kreditlər barədə geniş məlumat verdi. Daha sonra “Mətanət A” şirkətlər qrupunun rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verdi. Elxan Bəşirov bildirdi ki, bu şirkətin tərkibinə 5 zavod - Quru İnşaat Qarışıqları zavodu, Boya zavodu , Beton Qatqıları zavodu, Gips Hörgü Bloku zavodu və Ağdağ...

2016-01-31Ətraflı

“Mətanət A” şirkəti yeni il bayramında uşaqları sevindirdi

2000-ci ildən inşaat sektorunda bir çox uğurları ilə yadda qalmış “Mətanət A” şirkəti daima sosial məsuliyyət layihələrinə önəm vermiş, cəmiyyətimizin imkansız, əlil və kimsəsiz təbəqəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Şirkətin Korporativ Sosial Məsuliyyəti təkcə bu sferada yox, həm ekologiyanın qorunması, həm resurslardan səmərəli istifadə, həm də keyfiyyətli məhsul istehsalında özünü göstərir. Hər zaman müxtəlif bayramlarda cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli birlik günü sayılan 31 dekabr Həmrəylik Günü və Yeni il bayramında Abşeron və Qaradağ rayonunda yaşayan aztəminatlı uşaqları bir yerə toplayaraq bayram şənliyi keçirdi. Gənc Tamaşaçılar teatrında təşkil olunan Yeni il şənliyinə gətirilən...

2016-01-05Ətraflı