az

Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər. Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng zavodu, Avadanlıq və dəzgahların istehsalı və açar təhvili sahəsində ixtisaslaşan ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb. Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş...

2025-11-27Ətraflı

“Matanat A” şirkəti “Xəzər İnşaat həftəsi” çərçivəsində təşkil olunan Baku Build 2025 sərgisində yeni innovativ məhsullarını təqdim edib.

“Matanat A” şirkəti “Xəzər İnşaat həftəsi” çərçivəsində təşkil olunan Baku Build 2025 sərgisində yeni innovativ məhsullarını təqdim edib.25 illik yubileyi ərəfəsində şirkətin təqdim etdiyi 3 yeni məhsul sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. AZWOOL Mineral Daş Yunu zavodunun məhsulları şirkətin ölkə inşaat sənayesinin inkişafına xidmət edəcək ən mühüm yeniliyi hesab edilə bilər. Sıxlığı 30-160 kqm³ arasında olan AZWOOL Mineral Daş Yunu növləri yerli tələbatı ödəməklə yanaşı ixrac potensialı da yüksəkdir.Şirkətin sərgilədiyi 2-ci yenilik İNOVEX Quru Divar Sistemləri və fasad üzləmə lövhələridir. Bu məhsul inşaatda inqilab hesab oluna bilər. İNOVEX quru divar sistemləri kərpic, mişar daşı, qazbeton və digər ənənəvi hörgü materialları...

2025-10-23Ətraflı

Matanat A” şirkəti İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin- AZPROMO-nun təşkilatçılığı ilə Küveytdə təşkil olunan işgüzar səfərdə iştirak edib.

“Matanat A” şirkəti İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin- AZPROMO-nun təşkilatçılığı ilə Küveytdə təşkil olunan işgüzar səfərdə iştirak edib. Səfər çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah və Küveyt iş adamları ilə görüş keçirilib.“Matanat A” şirkətinin nümayəndəsi Şahanə Sarı “Made in Azerbaijan” inşaat materialları haqqında məlumat verib və daha sonra ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətin 4 sistem, 28 məhsul qrupu üzrə 3000-dən artıq məhsul çeşidininin olması, həmçinin sürətlə qloballaşma imkanları Küveyt iş adamları tərəfindən rəğbətlə qarşılanıb.

2025-10-20Ətraflı

“Matanat A” Şirkətlər Qrupu ölkə stendində Azərbaycanı təmsil edib

Quru və maye inşaat qarışıqları üzrə regionun qabaqcıl istehsalçısı olan “Matanat A” Şirkətlər Qrupu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə 3-5 sentyabr 2025-ci il tarixlərində təşkil olunan “KazBuild 2025” Beynəlxalq İnşaat sərgisində iştirak edib.“Made in Azerbaijan” ölkə stendində uğurla təmsil olunan “Matanat A” Şirkətlər Qrupuna məxsus #MATANAT, #AZWOOL, #SHPAK, #İzoLatexe, #Mirvana, #ROKOL, #MUTLU və s. brendləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.Qeyd edək ki, hazırda şirkət 4 sistem, 27 məhsul qrupu üzrə 200-dən çox ticarət markasına malikdir və 3000-ə yaxın məhsul çeşidi istehsal edir. 25 ildir uğurla fəaliyyət göstərən şirkət qloballaşaraq "MATANAT" ticarət markası adı altında istehsal etdiyi məhsullarını Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və...

2025-09-16Ətraflı

Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iqtisadiyyatın gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verilməsi məqsədilə yaradılan İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir. Ölkə başçısı işçi qrupunun qarşısında sahibkarlıq...

2025-07-08Ətraflı